Accessibility links

Əl-Şabab Somalidə strateji liman şəhərini ələ keçirib


Somalidə rəsmilərin və sakinlərin məlumatına əsasən Əl-Şabab yaraqlı qruplaşması paytaxtdan 100 km cənubda yerləşən və strateji əhəmiyyət daşıyan Merka liman şəhərinə nəzarəti ələ keçirib.

Şəhərə nəzarət edən hökumət qoşunları və Birləşmiş Afrika sülhməramlıları bu gün səhər saatlarında Somali sahilindəki liman şəhərini tərk edərək limanı Əl-Şabab yaraqlılarına verməli olub.

“AMİSOM və hökumət qoşunları bu səhər şəhərdən çıxarılıb və hazırda yaxşı silahlanmış Əl-Şabab yaraqlıları şəhərin mühüm nəzarət məntəqələrinə tərəfdarlarını yerləşdirir,” deyə adını açıqlamayan sakinlərdən biri Amerikanın Səsinə bildirib.

“Yaraqlılar strateji əraziləri ələ keçirərək öz bayraqlarını sancıblar,” deyə digər şəhər sakini xəbər verib.

Amerikanın Səsinin Somali redaksiyasına müsahibədə Cənub-qərbi Somali Federal dövlətinin təhlükəsizlik naziri Abdifitah İbrahim Gisi şəhərin yaraqlılar tərəfindən nəzarət altına alınması məlumatını təsdiqləyib.

Bu ilin fevral ayından bəri artıq ikinci dəfədir ki, yaraqlılar şəhərə nəzarəti ələ keçirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG