Accessibility links

El hərəkatının üç əsas tezisi elan edilib [Video]


Ziyalılar Forumunun toplantısı

Ziyalılar Forumunun toplantısı

Bunlar Maqnitski qanununun tətbiqi, seçki sisteminin dəyişdirilməsi, seçkilərin beynəlxalq birliyin nəzarəti altında keçirilməsidir


Bakıda tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun evində Ziyalılar Forumu və gənc fəallar onun ad gününü keçirib.
Təntənəli məclisdə İbrahimbəyovun özü iştirak etməyib. O, bir sıra ölkələrə turneyə çıxıb və 73 yaşını ABŞ-da qarşılayıb.

Politoloq Eldar Namazov qeyd edib ki, Ziyalılar Forumu ölkənin siyasi həyatının gündəliyini dəyişməyi zəruri sayır. O xatırladıb ki, ötən il 26 noyabrda Ziyalılar Forumu əsas yaxın məqsədinin ədalətli və azad prezident seçkiləri olduğunu bildirib və bunun üçün addımlar atır.

Yanvarda İbrahimbəyov elan edib ki, Azərbaycanda “üçüncü qüvvə” şərti adı ilə demokratiya uğrunda yeni hərəkatın planını hazırlayır. «On gündən sonra sənəd hazır olacaq və cəmiyyətə təqdim ediləcək», deyə Namazov bildirib.

Sənəddə üç əsas tezis var. İlk növbədə onun müəllifləri beynəlxalq birlik tərəfindən insan azadlığı və hüquqlarını pozan məmurlara qarşı Maqnitski qanununun tətbiqində israr edir. İkincisi, beynəlxalq birlik Azərbaycanın seçki sistemində islahatlarda iştiraka dəvət ediləcək. Nəhayət, üçüncüsü, seçkilər münsiflər kimi beynəlxalq birliyin nəzarəti altında keçirilməli, onun seçkilərin nəticələri barədə qərarı hamı üçün məcburi olmalıdır.

Namazov eyham vurub ki, ölkə iki seçim qarşısındadır: ya demokratiyaya keçid, ya da sosial partlayış.

O, elan edib ki, Ziyalılar Forumu Tofiq Yaqublu və İlqar Məmmədovun həbsini pisləyir və onların azad edilməsini tələb edir.

Namazov qeyd edib ki, hakimiyyətin hücumlarına qarşı Forum aktivliyini daha da artıracaq. Onun sözlərinə görə, gənclər üçün distansiyalı Demokratiya Məktəbi yaradılmasına başlanılıb.

Gecədə avtoritar rejimlə mübarizə üçün Azərbaycanın bütün demokratik güclərini birləşdirmək kimi siyasi çağırış da edilib.

İbrahimbəyov fevralın ikinci yarısında vətənə qayıdacaq. Bundan sonra Azərbaycanda demokratiya uğrunda yeni hərəkatın təqdimatı keçiriləcək
XS
SM
MD
LG