Accessibility links

"El" Hərəkatı təsis edildi [Video]


El Hərəkatı təsis edilib
please wait

No media source currently available

0:00 0:01:32 0:00

El Hərəkatı təsis edilib

Yeni hərəkat president seçkilərində iştirak edəcək, avtoritarizmdən demokratiyaya keçidi strateji məqsəd kimi qarşısına qoyub

Martın 12-də “EL” adlı yeni ictimai-siyasi hərəkatın təqdimatı olub. Təşəbbüs qrupuna Ziyalılar Forumunun həmtəsisçisi Eldar Namazov rəhbərlik edib.
Təşəbbüs qrupunun bəyanatında deyilir ki, “El” Hərəkatı Azərbaycanı korrupsiya
El Hərəkatı
El Hərəkatı
bataqlığından, hakmiyyətin yaratdığı və təşviq etdiyi inhisarçılıq, saxtakarlıq və məmur özbaşınalığından, qanuna və insan haqlarına hörmətsizlik və şəxsiyyətə pərəstişlik xəstəliyindən azad olmuş müasir, dünyəvi və sözün əsl mənasında sivil, ədalətli, qüdrətli və ərazi bütövlüyü təmin edilmiş bir dövlət kimi görmək istəyir.

“El” Hərəkatı Azərbaycanda hüququi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olmasını, avtoritarizmdən demokratiyaya keçidi strateji məqsəd kimi qarşısına qoyub.

Yeni hərəkat 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində özünün irəli sürdüyü , yaxud demokratik düşərgənin konsensus əsasında məqbul saydığı namizədin qalib gəlməsi üçün Azərbaycanın bütün ictimai qurumları və siyasi qüvələrilə dialoq və əməkdaşlığa hazır olduğunu bəyan edib.

Eldar Namazov
Eldar Namazov
Eldar Namazov bildirib ki, artıq yeni hərəkatın 35 rayon təşkilatı yaradılıb. ​Təşkilata ziyalıların görkəmli nümayəndələri və məşhur ictimai xadimlər – Nurəddin Mustafayev (AKP Naxçıvan vilayət komitəsinin keçmiş birinci katibi), keçmiş deputat, məşhur cərrah Eldar Abbasov, keçmiş Daxili İşlər Naziri Abdulla Allahverdiyev, keçmiş təhsil naziri və sabiq deputat Firudin Cəlilov, politoloq Rasim Ağayev, professor Rəhman Bədəlov, politoloq Zəfər Quliyev, milli qəhrəman Maşallah Allahverdiyev, akademik Cəlal Allahverdiyev, Nardaran qəsəbəsi ağsaqqallarından Məşədi Natiq Nuriyev və digər çoxsayləı ziyalılar daxil olub.

“EL” bütün demokratik qüvvələrlə əməkdaşlıq etmək niyyətindədir.

Hazırda Fransada olan AZF həmtəsisçisi Rüstəm İbrahimbəyov da telefonla təbrikini çatdırıb. Tədbirdə həmçinin AXCP, Müsavat, Açıq Cəmiyyət, Liberal və digər siyasi partiyaların liderləri, hüquq müdafiəçiləri, ziyalılar, QHT rəhbərləri də iştirak edib.
XS
SM
MD
LG