Accessibility links

Əlcəzairin təhlükəsizlik rəsmiləri ötən həftə girov böhranı yaşaşanan təbii qaz kompleksində axtarış nəticəsində 25 cəsədin aşkar edildiyini deyib. Rəsmilərin bildirdiyinə görə, Amenasda 5 yaraqlı ələ keçirilib.

Şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən girovdarların əksəriyyəti öldürülüb. Rəsmi tələfat göstəricilərinə görə, 32 yaraqlı, 23 girov həlak olub.

İslamçıların veb səhifəsində yayımlanan videoda yaraqlıların lideri Muxtar Belmuxtarın hücumun məsuliyyətini üzərinə götürdüyü nümayiş etdirilib. O deyib ki, qrup Mali xalqına qarşı hücumlar dayandırıldığı təqdirdə Qərblə müzakirələrə hazırdır.

Qərb Əlcəzair hökumətinin onlara qarşı hərbi cavabını dəstəkləyərək, cinayətkarlarla danışıqlar aparılmayacağını bəyan edib.

Əlcəzairin kommunikasiya naziri Məhəmməd Səid islamçı yaraqlılar arasında 6 ölkənin vətəndaşlarının olduğunu bildirib.

Əlzəcairdə girov böhranında ölənlərin sayı arta bilər. Belə ki, bəzi hökümətlər təbii qaz komplesksində girov götülünən vətəndaşlarının hələ də itkin olduğunu bildirir. Dünən Əlcəzairin Xarici İşlər Nazirliyi böhranın başa çatdığını bəyan etmişdi. Girovların ələ keçirildiyi kompleksdəki qarşıdurma 23 girov və 32 yaraqlının öldürülməsi ilə nəticələnmişdi.

Əlcəzairin dövlət xəbər agentliyi islamçı yaraqlıların girov götürdüyü 107 xarici ölkə vətəndaşı və 685 əlzəcairlinin azad edildiyini, lakin 30-dan çox girovun taleyi ilə bağlı məlumatın olmadığını bildirib.

Britaniyanın baş naziri Deyvid Kameron 3 britaniyalının həlak olduğunun təsdiq, digər 3 nəfərin isə öldürülündüyünün güman edildiyini bildirib.

Xarici girovlar arasında ABŞ, Britaniya, Norveç, Rumıniya, Filippin, Fransa, Malayziya, Yaponiya və Avstriya vətəndaşları var.

ABŞ Dövlət katibi Hillari Klinton Əlcəzairdəki girov böhranına görə dərin narahatlıq keçirdiyini bildirərək, Əlcəzair hökumətini girovların həyatını xilas etmək üçün əlindən gələni etməyə çağırıb.
XS
SM
MD
LG