Accessibility links

Elçin Hatəmi: Bu seçki deyil, yuxarıdan təyinatdır [Audio-Müsahibə]


Elçin Hatəmi

Elçin Hatəmi

Türkiyədə mühacirətdə yaşayan güneyli fəal Amerikanın Səsi ilə söhbətdə son həftələrdə İran Azərbaycanında baş verən insan haqları pozuntuları, həbsdə olan türk fəalların vəziyyəti və məhbusların ailələrinə qarşı tətbiq olan basqıları şərh edib. Elçin Hatəmi həmçinin İranda Parlament və Ekspertlər (Xübrələr) Məclisi seçkilərinin mahiyyəti və namizədlərin qeydiyyata alınma prosesi haqqında danışıb.

Hatəmi Təbriz həbsxanasında məhkum olduqları həbs müddətini keçirməkdə olan 8 siyasi fəalın vəziyyətinin yaxşı olmadığını bildirir. Hazırda 9 il həbsə məhkum olmuş Yeni GAMOH təşkilatının mərkəzi komitə üzvləri Yürüş Mehrəlibəyli (Ayət) və Behbud Quluzadə, 5 il həbsə məhkum olmuş əmək fəalı Məhəmməd Cərrəhi, milli fəal Hüseyn Əli Məhəmmədi (5 il həbs), yazar Nağı Əhmədi Müqəddəm (5 il həbs), türk dil haqları fəalı Murtaza Muradpur (3 il həbs), Traxtor tərəfdarı Ata Fərsad (2 il 6 ay həbs) və Rəsul Rəzəvi (6 ay həbs) Təbriz zindanının müxtəlif bölmələrində saxlanılırlar.

Namizədlikləri rədd edilən qruplardan biri də türk fəalları idi... Bu şəraitdə əhalinin həm seçmə həm də seçilmə haqqı pozulmaqdadır.

Hatəminin dediklərinə görə, bu məhbusların birlikdə eyni bölmədə qalmalarına icazə verilmir. O, həmçinin Təbriz həbsxanasının ümumi şəraitinin də yaxşı olmadığını və məhbusların sayının zindan tutumundan ikiqat artıq olduğunu önə çəkir.

Güneyli fəal hazırda İranın Fars vilayətində sürgündə həbsdə olan tanınmış fəal Abbas Lisaninin vəziyyəti, onun Şiraz zindanına sürgün edilməsinin səbəbi və həyat yoldaşı Ruqəyyə Əlizadənin də məhkəməyə çağrılmasına dair ətraflı məlumat verib.

“Ruqəyyə Əlizadənin məhkəməyə çağrılmasının səbəbi bəlli deyil. Onu öncə telefon vasitəsilə və şifahi olaraq çağırıblar. Ancaq xanım Əlizadə məhkəmədən rəsmi çağırış olmadığı təqdirdə getməyəcəyini bildirdikdən sonra rəsmi məhkəmə çağırışı göndərilib,” Hatəmi məlumat verir.

Güneyli fəal fevralın 26-da İranda keçiriləcək Parlament və Ekspertlər Məclisi seçkiləri ərəfəsindəki atmosfer və namizədlərin qeydiyyata alınma prosesinə işarə edərək seçkilərin əslində bir növ təyinatdan ibarət olduğunu ifadə edib:

Seyyid Əli Xamneyi: Mən dedim rejimi qəbul etməyənlər də səs versin, bunun anlamı o deyil ki rejimi qəbul etməyənlər məclisə göndərilsin.

Seyyid Əli Xamneyi: Mən dedim rejimi qəbul etməyənlər də səs versin, bunun anlamı o deyil ki rejimi qəbul etməyənlər məclisə göndərilsin.

“Bunun adına seçki demək olmaz. Başdan təyinat demək olar. Xamneyi və ona bağlı olan mühafizəkar qüvvələr çalışdılar ki öz təfəkkürlərində olmayan namizədlər qeydiyyata alınmasınlar. Namizədlikləri rədd edilən qruplardan biri də türk fəallar idi... Bu şəraitdə əhalinin həm seçmə həm də seçilmə haqqı pozulmaqdadır.

Elçin Hatəmi həmçinin ali ruhani lider Ayətullah Xamneyinin seçkilər haqqında sözlərinə işarə edib.

Seyyid Əli Xamneyi İran İslam Respublikası rejimini qəbul etməyənləri də seçkilərə qatılmağa dəvət etmişdi. Ancaq, o namizədlərin bir çoxunun diskvalifikasiya edilməsi ardından, öncəki sözlərinə “mən dedim rejimi qəbul etməyənlər də səs versin, bunun anlamı o deyil ki rejimi qəbul etməyənlər məclisə göndərilsin” şəklində açıqlama gətirdi.

İranın ali ruhani liderinin bu sözləri haqda məlumatı İSNA xəbər agentliyi yayıb.

XS
SM
MD
LG