Accessibility links

Elçin Hatəmi: Güneylilərin Türkiyədə siyasi-ictimai həyata inteqrasiyası asan deyil


Elçin Hatəmi ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:50 0:00

Türkiyə İranda təqiblərdən qaçan güneyli fəalların ilk sığınacağı hesab edilir və hər il ölkəyə yüzlərlə insan pənah gətirir. Güneyli fəalların Türkiyənin siyasi-ictimai həyatına inteqrasiyası necə gedir? Eskişəhərdə yaşayan güneyli fəal Elçin Hatəmi Amerikanın Səsinə müsahibədə İran Azərbaycanlılarının Türkiyədə durumu və güneyliləri narahat edən problemlərdən danışıb.

"Siyasi fəallar İranda hakimiyyətin siyasi basqılarına görə ölkəni tərk edərək Türkiyədə mühacir həyatı yaşamaq məcburiyyətində qalır"-Elçin Hatəmi

Elçin Hatəminin sözlərinə görə, Türkiyədə yaşayan güneyli fəalların çoxunun statusu olmadığı üçün onlar ölkədə mühüm parlament seçkilərində iştirak edə bilmir: “Siyasi fəallar orada hakimiyyətin siyasi basqılarına görə ölkəni tərk edərək Türkiyədə mühacir həyatı yaşamaq məcburiyyətində qalır. Burada olan bir çox güneyli siyasi fəalların vətəndaşlıq hüququ yoxdur və onlar səsvermə hüququna malik deyillər. Bir çox qurum və qurumların üzvləri və fəallar seçkilərə müsbət yanaşır və Türkiydə şəffaf və demokratik seçkinin keçirilməsinin tərəfdarıdır."

Elçin Hatəmi güney azərbaycanlıların sayının çox olmadığı üçün onların seçkinin nəticələrinə hər hansı bir şəkildə təsir edə bilmək qabiliyyətinə malik olmadığını deyib.

"Burada olan bir çox güneyli siyasi fəalların vətəndaşlıq hüququ yoxdur və onlar səsvermə hüququna malik deyillər"-Elçin Hatəmi

Türkiyədə İran Azərbaycanlılarının durumuna diqqət məsələsinə gəldikdə Elçin Hatəmi bildirib ki, bu, güneyli fəalların yerli media ilə işi, onların fəaliyyətinin səviyyəsi ilə bağlıdır. “Bu fəallar və qurumlar Türkiyə mediası və türk xalqı ilə nə qədər sıx əlaqə yaratsa, Türkiyədə Güney Azərbaycanı məsələsini daha yaxşı tanıda bilərik.”

​Güneyli fəalların Türkiyə cəmiyyətinə inteqrasiyasından danışan Elçin Hatəmi İran Azərbaycanından gələn fəalların əsas hissəsinin Türkiyədə qaçqın olduğunu və çox vaxt başqa ölkəyə getməzdən əvvəl Türkiyədə müvəqqəti sığınacaq tapdığını qeyd edib:”Burada başqa qaçqınlar da daxil olmaqla həyat şəraiti o qədər yaxşı deyil. İş icazəsi yoxdur, sığorta ilə təmin olunmamışıq, yalnız tibbi sığorta var. Üçüncü ölkəyə gedənə qədər insanların bu problemləri davam edir.

"Fəallar və qurumlar Türkiyə mediası və türk xalqı ilə nə qədər sıx əlaqə yaratsa, Türkiyədə Güney Azərbaycanı məsələsini daha yaxşı tanıda bilərik”-Elçin Hatəmi

Elçin Hatəmi Türkiyədəki siyasi fəalların İran Azərbaycanı ilə bağlı məlumatları izləyib sosial mediada aktiv olduqlarını qeyd edib.

O, güneyli milli fəallara qarşı təqib kampaniyasının davam ediyini bildirərək Ruhani dövründən sonra basqılar gücləndiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG