Accessibility links

Əbülfəz Elçibəyin ailəsi onun adı ilə bağlı spekulyasiyalara son qoyulmasını tələb edir


Əbülfəz Elçibəyin qəbirüstü abidəsi

Əbülfəz Elçibəyin qəbirüstü abidəsi

“Biz ailənin müraciəti olmadan, kənar şəxslərin bəyanatı əsasında cinayət işi açılmasını qeyri-ciddi hesab edirik”.

“Mərhum Əbülfəz Elçibəyin ailəsi onun ölümü ilə bağlı hər-hansı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib”. Bu barədə mərhumun kürəkəni Aqil Səmədbəyli Turanın xahişi ilə Bakı prokurorluğunun Elçibəyin zəhərlənməsi faktı üzrə cinayət işi açması barədə məlumatını şərh edərkən bildirib.
“Biz ailənin müraciəti olmadan, kənar şəxslərin bəyanatı əsasında cinayət işi açılmasını qeyri-ciddi hesab edirik. Bu, ciddi addım deyil və araşdırmanın məqsədləri ilə bağlı şübhələr doğurur”, deyə Səmədbəyli Turanın müxbiri ilə telefon söhbətində bildirib.
Səmədbəyli qeyd edib ki, ailə üzvləri Elçibəyin ailəsi adından bəyanat vermək səlahiyyətini ona veriblər.
“Müxtəlif vaxtlarda Elçibəyin adı ilə bağlı müxtəlif spekulyasiyalar olub. Biz bu spekulyasiyalara son qoyulmasını xahiş və tələb edirik. Bu, Əbülfəz Elçibəyin ailəsini çox narahat edir”, deyə Səmədbəyli vurğulayıb.
XS
SM
MD
LG