Accessibility links

Elçin Abdullayev: Azərbaycanda iki mindən çox qeydiyyatı olmayan QHT var (Audio)


Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri qanunvericilikdə olan boşluqlar, qeydiyyatla bağlı maneələrdən və hesabat işlərinin mürəkkəbliyindən danışıb.

Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin (DTİH) sədri Elcin Abdullayev Amerikanın Səsi radiosuna müsahibəsində qeyri hökumət təşkilatları ilə bağlı qanunvericilikdə olan boşluqlar, onların qeydiyyatı ilə bağlı maneələrdən və hesabat işlərinin mürəkkəbliyindən danışıb.

Ekspertin dediyinə görə, ölkədə beş minə yaxın QHT var. “Onların yalnız 2670-nin Ədliyyə nazirliyində qeydiyyatı var. 2 mindən çox QHT qeydiyyaı olmadan fəaliyyət göstərir. QHT-lərin adlarında demokratiya, media, işgəncə və b. hökumətdə qıcıq yaradacaq sözlər olanda qeydiyyat işi çətinləşir. Eyni zamanda, səhiyyə, ekologiya, nəqliyyat, maliyyə və digər müvafiq sahələrlə bağlı QHT təsis edən şəxsdən qanunsuz olaraq uyğun nazirlikdən dəstək məktubu tələb edilir”, - deyə o qeyd edib.

Ölkədə fond təsis etmək daha çətindir. “Bunun üçün ilkin olaraq 1o min manat dövlət rüsumu tələb edilir. Bu isə diskriminasiyadır. Çünki, kasıb insanların 10 min manatı yoxdur. Son iki ildə cəmi 2 fond qeydiyyatdan keçob”.

O eyni zamanda, Maliyyə Nazirliyini QHT-lərə təzyiq göstərməkdə ittiham edib. QHT rəhbəri nazirliyin bu məsələdə ictimai birliklər və fondların fəaliyyətinə dair qanunlarda olan boşluqlardan istifadə etdiyini iddia edir. QHT-lərlə bağlı qanuna görə, qurumlar illik maliyyə hesabatlarını nazirliyə hər il aprelin 1-dən gec olmayaraq təqdim etməlidir. Nazirlik isə indidən QHT-ləri cərimə tətbiq edəcəyi ilə hədələyir.
Digər təzyiq hədəfi qeydiyyatdan keçməyən QHT-lərdir. Belə ki, nazirlik belə QHT-lərə qrant ayrılmasını, layihənin icrasını qanunsuz sayır. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞAK) belə təzyiqə məruz qalanlardan biridir. Qafqazın bu ən böyük QHT koalisiyası neçə illik fəaliyyətinə baxmayaraq, dövlətlə, şirkətlərlə üçtərəfli memorandum imzalamasına, Neft Fondu, mədən sənayesində çalışan şirkətlərlə əməkdaşlığına baxmayaraq qeydə alınmır. Daha bir təzyiq forması xarici donorların qrantlara dair müqavilələrini notariusların təsdiq etməməsidir. Notariuslar buna əsas kimi xarici donorların əksər müqavilələri e-mail vasitəsi ilə və sadəcə imzalayaraq göndərmələrini əsas gətirirlər. QHT rəhbəri qanundakı boşluqları və məmurların bundan sui-istifadəsini QHT-lərin inkişaf konsepsiyasına zidd sayır. Konsepsiya ictimai həyatın demokratikləşməsini əsas götürsə də qanunlardakı boşluqlar qururmların inkişafı üçün ciddi problem olaraq qalır.

XS
SM
MD
LG