Accessibility links

Məhkəmə jurnalisti xəbərdarlıq edərək azad buraxıb (Yenilənib)


Elçin İsmayıllı
Elçin İsmayıllı

İyunun 2-də İsmayıllıda saxlanılan jurnalist Elçin İsmayıllı bu gün məhkəmə zalında azad buraxılıb. Ona xəbərdarlıq edilib.

O, Amerikanın Səsinə bildirib ki, dünən axşam evə gedərkən saxlanılıb. Onu üç polis işçisi saxlayıb və bildirib ki, o, ünvansız söyüş söyüb.

Bu gün məhkəmədə polislər ziddiyyətli danışıb.

“Onlar bildirdilıər ki, mən sərxoş olmuşam və polisdə qapını sındırmağa cəhd göstərmişəm. Bu, cəfəngiyyatdır, çünki yalın əllə dəmir qapını sındırmaq mümkün deyil, hətta cəhd göstərsən belə əlində və ya bədənində hər hansı fiziki xəsarət olmalıdır”, jurnalist bildirib.

Sonda hakim Azad Quliyev jurnalistə xəbərdarlıq edilməsilə kifayətlənib.

Jurnalistin sözlərinə görə, əslində onu peşə fəaliyyətilə əlaqədar saxlayıblar.

“Polisdə tələb oludu ki, İsmayıllı rayonu haqqında tənqidi məqalələrə son qoyum, cünki bu, “dövlətçiliyin əleyhinədir”. Əsasən İnternetdə yayımlanan “Azərbaycan saatı” teleproqramında materiallar narahatlıq doğurub. Proqramın rəhbəri Qənimət Zahidovla (siyasi mühacirətdədir-red) əlaqəni kəsim”, o qedy edib.

Həmçinin jurnalist cumhuriyyet.az saytında “İsmayıllıda monitorinqin nəticələri” məqaləsinin dərcində ittiham edilib. Məqalədə əhalinin yoxsul vəziyyətindən, insanların mağazalardan lazımi şeyləri ala bilməməsindən danışılır. Bu səbəbdən bütün mağazalarda vətəndaşlar ərzağı borca alırlar.

Polis tələb edib ki, o, Avropa Oyunlarına qədər sussun və “Azadlıq” qəzetində məqalələr dərc etdirməsin.

***

İyunun 2-də axşam saatlarında “Cümhuriyyət” qəzetinin redaktor müavini və “Azərbaycan saatı” televiziya proqramının müxbiri Elçin İsmayıllı İsmayıllı rayon (Bakıdan 175 kilometr qərb) Təhsil şöbəsinin qarşısında polis tərəfindəın saxlanılıb.

Müxbirin qardaşı Elşən İsmayıllı Amerikanın Səsinə bildirib ki, qardaşını guya içkili vəziyyətdə ictimai yerdə kimlərisə söydüyünə görə polis saxlayıb.

“Elçin dünən axşam saat 20.30-da mənə polis tərəfindən saxlanması barədə mesaj yazıb. Ondan bir neçə dəqiqə əvvəl isə biz telefonla danışmışdıq, o içkili deyildi. Hazırda məhkəmənin qarşısında gözləyirik”, o qeyd edib.

Öz növbəsində, İsmayıllı rayon Polis şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Elçin İsmayıllı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə günahlandırılır. O hazırda İsmayıllı rayon Məhkməsinə aparılıb.

Elçin İsmayıllı yazılarında İsmayıllı rayon rəhbərlərini daim tənqid edir. Tənqidi yazılarıilə bağlı bir neçə dəfə rayonda hökumətə yaxın şəxslər tərəfindən məhkəməyə verilib.

Bu dəfə müxbirin saxlanması isə rayon polis şöbəsinin müavininin sərxoş halda avtomobil qəzası törtəməsi ilə bağlı yazısından bir neçə gün sonraya təsadüf edir.

XS
SM
MD
LG