Accessibility links

Elçin Abdullayev: Etiraz aksiyaları keçirəcəyik [Video-müsahibə]


QHT-lərin Həyəcan Şəbəkəsi təzyiqlərə qarşı mübarizə aparacaq. Şəbəkənin üzvünün Amerikanın Səsinə müsahibəsi

Qeyri Hökumət Təşkilatları (QHT) Həyəcan Şəbəkəsinin üzvü Elçin Abdullayev Amerikanın Səsinə müsahibəsində ölkədə QHT-lərin mövcud durumu, bank hesablarının dondurulması, qrant layihələrinin qeydə alınmamasından danışıb.

Elçin Abdullayev

Elçin Abdullayev

“QHT-lərin Həyəcan Şəbəkəsinin yaradılmasının əsas məqsədi sanksiyalara məruz qalmış QHT-lərin mövcud problemlərin həlli üçün birgə fəaliyyət göstərməsidir. QHT-lərə qarşı rəsmi sanksiyalar qoyulub. Qrant layihələri qeydə alınmır, bank hesabları dondurulub, tədbirlər keçirməsinə icazə verilmir. Bir sıra təşkilatların rəhbərləri prokurorluqda dindirilir”, o qeyd edib.

O artıq 20 QHT-nin bank hesablarının dondurulduğunu deyib. “Əslində hesabları dondurulan QHT-lərin sayı daha çoxdur. Amma, məsələn Mirvari Qəhrəmanlı, Zöhrab İsmayıl, Qubad İbadoğlu vəı digər çoxsaylı tanınmış insanların rəhbərlik etdiyi QHT-lərin hesabları birbaşa və ya dolayısı ilə dondurulub”.

Abdullayev bildirib ki, Həyəcan Şəbəkəsi qanunvericilikdə nəzərdə tutulan bütün vasitələrlə mübarizə aparacaq. “Biz hökumətə, Azərbaycan prezidentinə, beynəlxalq təşkilatlara, aparıcı dövlətlərin prezidentlərinə və səfirlərinə müraciətlər qəbul edəcəyik. Azərbaycan prezidenti ilə QHT-lərin görüşünün keçirilməsini və QHT-lərə Dövlət Dəstəyi Şurası ilə problemin həlli istiqamətində əməkdaşlıq etmək istəyirik. Bununla yanaşı Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin və Mərkəzi Bankın qarşısında piketlər keçirəcəyik”.

Elçin Abdullayev

Elçin Abdullayev

Onun fikrincə, QHT-lərə təzyiqlərin ağır nəticələri görünməkdədir. “Bəzi QHT fəalları mübarizədən çəkinir, bəziləri həbs edilir, bəziləri isə ölkəni tərk edir. Təzyiqlər belə sürətlə davam etdirilərsə bir neçə aydan sonra yəqin ki, QHT-lərin fəaliyyətindən danışmaq belə mümkün olmayacaq”.

Ümumi statistikaya görə ölkədə 3 min QHT qeydiyyatdan keçib, 2 min QHT isə qeydiyyata alınmayıb. “Qeydiyyatdan keçən 1500 QHT illik hesabat vermədiyinə görə Maliyyə Nazirliyinin sanksiyasına məruz qalıb. Ədliyyə nazirliyinin saytında yerləşdirilmiş qrant layihələri və ianələrdən görünür ki, yalnız 300-350 QHT real fəaliyyətdədir. Onlardan da 250 QHT dövlət təşkilatları ilə əməkdaşlıq edir. Burada söhbət 50 müstəqil QHT-dən gedə bilər ki, onların da 20-si daha aktivdir”.

Mövzuya uyğun

XS
SM
MD
LG