Accessibility links

Hüquq müdafiəçisi vəfat edib


Elçin Behbudov
Elçin Behbudov

İşgəncələrə Qarşı Mübarizə Komitəsinin sədri Elçin Behbudov bu gecə ürək tutmasından qəfil dünyasını dəyişib.

O, uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Elə bu xəstəliyi ilə bağlı bu ilin fevralında Mərkəzi Hərbi Hospitalda müalicə almışdı.

Elçin Behbudov 1960-cı ildə Bakıda anadan olub. 1985-1995-ci ilə kimi polis və xüsusi xidmət orqanlarında qulluq edib. Bu sistemdə sonuncu iş yeri prezident yanında Xüsusi İdarədə xidmət rəisi vəzifəsi olub.

O, 1995-ci ilin mart hadisələrilə bağlı həbs edilib, işgəncələrə məruz qalıb. Həbsdən azad edildikdən sonra hüquq-müdafiə işinə qoşulub. Uzun müddət idi ki, İşgəncələrə Qarşı Mübarizə Komitəsinə rəhbərlik edirdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG