Accessibility links

“Yüksəliş Naminə” qəzetinin redaktor müavini, AXCP Ali Məclsinin üzvü Elçin Həsənov həbsi üçün təhlükə yarandığını bildirib.

O Amerikanın Səsinə deyib ki, aprelin 20-də Avropa Şurasının Parlament Assambleyasının sessiyasında jurnalist kimi iştirak etmək üçün Gürcüstana keçərkən sərhəd xidməti tərəfində saxlanıb.

“Saxlanmamın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində mənə qarşı cinayət işinin (xuliqanlıq maddəsi ilə) istintaqının getməsi ilə bağlı olduğu bildirildi.Guya kimisə döymüşəm”.

Həsənov aprelin 21-də Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Lakin vəkili olmadığı üçün getməyib. “Həbs olumağım üçün təhlükə var”, o qeyd edib.

Jurnalistin sözlərinə görə, istintaq hazırda şantaj ittihamı ilə həbsdə olan “Asiya” İnformasiya Agentliyinin rəhbəri Cəfər Cəfərlinin xüsusi ittiham qaydasında guya Həsənovun onu döyməsi barədə iddia qaldırdığını bildirib. “Halbuki 6 ay qabaq o məni döyüb və mən polisə müraciət etmişəm. Aktiv siyasi və jurnalist fəaliyyətimə görə mənə təzyiq edirlər”, o qeyd edib.

O Strasburqa və geriyə aldığı biletinin batdığını bildirib. Məhkməyə müraciət edəcək.

Həsənov barəsində cinayət işi ilə bağlı rəsmi orqanlar hələ məlumat yaymayıb.

XS
SM
MD
LG