Accessibility links

Jurnalist həbsdən xilas olub


İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrliyi ilə xuliqanlıq ittihamı ilə bir il islah işlərinə məhkum edilmiş jurnalist Elçin Həsənovun işinə baxılması yekunlaşıb.

Xatırladaq ki, prokurorluq hökmdən şikayət verib, ittihamı 221.1-ci maddədən (xuliqanlıq) 221.3-cü (xuliqanlıq, soyuq silahdan istifadə ilə törədildikdə) maddəyə tövsif edilməsini və cəzanın 3,5 il azadlıqdan məhrumetmə ilə əvəz olunmasını tələb edib.

Öz növbəsində, müdafiə tərəfi jurnalistə bəraət istəyib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə prokurorun da, müdafiə tərəfin də etirazını rədd edib.

Cinayət işinə Həsənovla "Asiya" agentliyinin rəhbəri Cəfər Cəfərov arasında 2015-ci ilin fevralında baş vermiş insident səbəb olub. Cəfərov Həsənov barəsində təhqiredici nəşrlər dərc edib.

Həsənov Sumqayıtın "Yüksəliş naminə" internet qəzetinin (yukselis.info) redaktor müavinidir. Bundan başqa, AXCP Ali Məclisinin üzvü və "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" QHT-nin sədr müavinidir. Həsənova qarşı cinayət işinin başlanması onun korrupsiya və orduda mənimsəmə mövzusunda nəşrləri ilə eyni vaxta təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG