Accessibility links

Sərhədsiz Reportyorlar jurnalist barədə məhkəmə hökmünü pisləyib


“Sərhədsiz Reportyorlar” təşkilatı jurnalist Elçin Həsənovun barəsində hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarını pisləyib.

Məhkəmə qərarında deyilir ki, o, xuliqanlıq törədib və il ərzində öz əmək haqqının 20%-ni cəza kimi ödəməlidir.

Lakin məhkəmə zamanı E.Həsənovun günahı və xuliqanlıq faktı sübuta yetirilməyib. E.Həsənova qarşı cinayət işi qaldırıldıqdan sonra onun ölkədən çıxışına qadağa qoyulub.

Lakin ona qarşı ittiham daha ağır maddəyə (silah tətbiq etməklə xuliqanlıq) dəyişdirilib.

Təşkilatın bəyanatında qeyd olunur ki, Azərbaycanda jurnalistlərə qarşı ittihamlar əsasən xuliqanlıq və ya narkotik maddəyə görə irəli sürülür. Bu, ölkə hakimiyyətinin tənqidi səslərə qarşı ən çox işlətdiyi metodikadır, bəyanatda vurğulanır.

E.Həsənov Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavinidir. Hakimiyyətin ünvanına tənqidi materiallara görə dəfələrlə təqiblərə və polisin təzyiqlərinə məruz qalıb.

Hakimiyyətin tənqidi mətbuata təzyiqlərinə bariz nümunə kimi “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” İnternet kanalının şərhçisi Seymur Həzinin işini göstərmək olar. O, uydurma xuliqanlıq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib, təşkilat bildirir.

XS
SM
MD
LG