Accessibility links

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Əfqanıstanda səfərdədir


General Elçin Quliyev

General Elçin Quliyev

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı Elçin Quliyev Əfqanıstanda səfərdədir.

APA agentliyinin məlumatına görə səfər Əfqanıstanın daxili işlər naziri Mohammad Omar Daudzai və Daxili İşlər Nazirliyi Sərhəd Polisinin baş komandanı Mohammad Şəfiq Fəzlinin dəvəti ilə gerçəkləşir.

Noyabrın 10-da Mohammad Şəfiq Fəzli və Elçin Quliyev arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Əfqanıstanın sərhəd təhlükəsizliyi sistemi, Sərhəd Polisinin vəzifələri, dövlət sərhədlərinin mühafizəsinin təşkili üzrə həyata keçirilən fəaliyyətlər və mövcud problemlər barədə məlumat verilib.

Tərəflər arasında beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq, ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində Elçin Quliyev Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar, müdafiə naziri Bismilla Xan Mohammad, daxili işlər naziri Mohammad Omar Daudzai, daxili işlər nazirinin birinci müavini Mohammad Əyub Sələngi, sənaye və ticarət naziri Şaker Karqar, Milli Təhlükəsizlik Xidmətinin baş direktoru Rahmatullah Nabil ilə görüşlər keçirib.

DSX rəisi Elçin Quliyev Əfqanıstanın prezidenti Əşrəf Qəni Əhmədzay tərəfindən qəbul edilib.

XS
SM
MD
LG