Accessibility links

Elçin Sadıqov: Gənc fəallar möhkəmdir, məhkəmədə mübarizələrini davam etdirəcəklər [Audio-Müsahibə]


 Bayram Məmmədov və Qiyasəddin İbrahim
Bayram Məmmədov və Qiyasəddin İbrahim

Vəkil gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovla görüşüb

“1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan gənc fəal Bayram Məmmədov mayın 19-da başladığı aclıq aksiyasını valideynlərinin xahişi ilə dayandırıb”.

Bu barədə vəkil Elçin Sadıqov mayın 24-də Bayram Məmmədovla görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:02:43 0:00

Gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Bakının mərkəzi rayonunda, Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul bayramınız mübarək!” sözləri yazılıb.

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Vəkilin sözlərinə görə, Məmmədovun səhhətində problemlər yoxdur.

“Amma, işgəncələrin xəsarətləri hələ də qalır. Məmmədov dedi ki, xəsarətlər tam sorulandan sonra valideynləri ilə görüşə icazə veriləcəyini deyiblər. Hazırda valideynləri ilə görüşə icazə vermirlər. İstəmirlər ki, valideynləri övladlarının xəsarətlərini görsün”.

Vəkil hələ də Qiyas İbrahimov və Bayram Məmmədovla bağlı məhkəmə-tibbi ekspertizanın keçirilmədiyini bildirib.

“Bu gün Bakı şəhər Prokurorluğunun müstəntiqi Atəm Səfərəliyev hər iki gənci dindirib. Bayram Məmmədov ətralı izahat yazıb. Bu zaman müstəntiq vəkilin iştirakını təmin etməyib. Qiyas İbrahimov bildirdi ki, onun sözləırini protokola düzgün qeyd etmirdi, hər dəfə bəhanələrlə ifadələri başqa cür yazırdı. Ona görə də Qiyas İbrahimov məndən xahiş etdi ki, mətbuat vasitəsi ilə bildirim ki, o müstəntiq Atəm Səfərəliyevə verdiyi izahatdan imtina edir. Xahiş edir ki, onu vəkilinin iştirakı ilə yenidən dindirsinlər. Qiyas İbrahimov Daxili İşlər Nazirliyinin Daxili Təhqiatlar İdarəsinə öz əl yazması ilə ətraflı izahatını təqdim edib. Həmin izahatla bu günki izahat arasında fərqlər var. Ona görə ki, Atəm Məmmədov ifadəni doğru qeyd etməyib. Bir də gənclərə məzəmmət edib ki, xoşunuz gəmir gedib xaricdə yaşayaydınız. Niyə belə hərəkət edirdiniz?” Sadıqov qeyd edib.

Vəkil hər iki gəncin narkotik ittihamını qəbul etmədiyini bildirib. “İşgəncə vasitəsi ilə onlardan etirafedici ifadə alıblar. Narkotikin onlara aidiyyatı yoxdur”.

Sadıqov işgəncə faktı ilə bağlı məhkəmənin prokurorluğun araşdırmaya başlaması barədə qərarı olduğunu deyib.

“Prokurorluq ilk araşdırmaya bu gün, işgəncədən 14 gün sonra başlayıb”.

Vəkil deyib ki, gənclər möhkəm olduqlarını dedilər və məhkəmədə mübarizələrini davam etdirmək əzmindədirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG