Accessibility links

Vəkillərin bank hesabından həbs götürülmür


Vəkil Elçin Sadıqov iki ildir ki, bank hesabından həbsin götürülməsinə nail ola bilmədiyini bildirir.

Həbs Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup QHT-yə qarşı cinayət işi aparması çərçivəsində qoyulub. E.Sadıqovun hesabına həbs idarənin təqdimatı ilə tətbiq edilib.

“Mən o zaman vəkil kimi Amerikanin IREX qeyri-hökumət təşkilatının hüquqlarını müdafiə edirdim. Elə mənim hesabıma həbs qoyulmasına səbəb kimi də adını çəkdiyim qurumu müdafiə etməyim göstərilir. Xatırladım ki, mənimlə yanaşı Xalid Bağırovun da bank hesabına həbs qoyulub”, E.Sadıqov bildirib.

Bununla bağlı bir neçə şikayət, vəsatət qaldırsa da təmin edilməyib.

“Sonuncu dəfə bu ilin iyulunda şikayət vermişəm, avqustda verilən cavab isə sentyabrda mənə çatıb. Yenə də mənim vəsatətim rədd edilib”, vəkil vurğulayıb.

Xatırladaq ki, 2011-2012-ci illərdə Azərbaycanda QHT-lərə qarşı qanunvericiliyə dəyişikliklər edilməyə başladı. QHT-lərə olan tələblər qanunvericilik səviyyəsində sərtləşdirilməyə başladı. Bu sərtləşdirmə xüsusilə müstəqil və xarici donorlarla əməkdaşlıq edən QHT-lərə yönəlmişdi. Buna cavab olaraq ölkənin vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri 2013-cü ilin dekabrında toplantı keçirərək bu dəyişikliklərə getməməyi tələb edirdi.

XS
SM
MD
LG