Accessibility links

Vəkil: “Azərpoçt” şikayətimi Avropa Məhkəməsinə göndərməyib


“Azərpoçt” Bayram Məmmədovun 19 noyabr 2016-cı il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi 1,27 kq çəkidə RR0028283316AZ saylı şikayətini "itirib".

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Bayram Məmmədov 2016-cı il mayın 10-da həbs edilib.

Məktubun qəbzi
Məktubun qəbzi

Məmmədov keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazdığına görə həbs edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Bayram Məmmədovla bağlı məhkəmə prosesi davam edir. Məmmədov həbsi və istintaq zamanı ağır işgəncələrə məruz qaldığını bildirib.

“Belə ki, elektron izləmə zamanı müəyyən etdik ki, eyni gündə göndərilən başqa bir məktub Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırılsa da Bayram Məmmədovun şikayəti qəsdən göndərilməyib və sistemdə görünmür”, vəkil yazıb.

Sadıqov bildirib ki, bununla bağlı bir daha Avropa İnsan Hüquqları Məhkəməsinə əlavə olaraq İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 34-cü maddəsinin (fərdi şikayətlər) pozuntusu barədə şikayət göndərəcək.

Bayram Məmmədov (Foto by: Amid Süleymanov)
Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

“Ona görə ki, Azərbaycan Höküməti “məktubların göndərilməməsini artıq mütəmadi şəkildə edir. Deməli insan tutulur, ağlasığmaz işgəncələrə məruz qalır, vəkilinə təzyiqlər edilir və ən sonda hüququndan istifadə edib göndərdiyi şikayət itirilir və məhkəməyə çatdırılmır. Hörmətli hüquq müdafiəçiləri artıq belə hallar mütəmadi xarakter alıb. Bununla bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq lazımdır”, o qeyd edib.

Azərpoçt
Azərpoçt

Öz növbəsində, "Azərpoçt" MMC-nuin rəsi müavini Mübariz Cəlilov Amerikanın Səsinə bildirib ki, “Azərpoçt”da hər hansı məktubun itirilməsindən və ya geçikdirilməsindən söhbət gedə bilməz.

“Elçin Sadıqov http://www.azerpost.az saytı vasitəsi ilə sorğu göndərsin, araşdıraq cavab verək”, o qeyd edib.

XS
SM
MD
LG