Accessibility links

Eldar Namazov: `Klassik müxalifət partiyalarına hörmətlə yanaşıram, lakin yeni nəslə dəstək verirəm`


“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov
please wait

No media source currently available

0:00 0:10:19 0:00


“Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda yeni müxalifət formalaşa bilərmi sualının cavabında Azərbaycan müxalifətinin uzun illər çox ağır durumda demokratiya ideyaları, islahatlar və insan haqları mövzularına müdaxilə etdiyini deyib. Eldar Namazov yalnız liderlər deyil, mərkəzdən, beynəlxalq təşkilatlardan uzaq, avtoritar bir rejimin mövcud olduğu şəraitdə çalışan müxalifət nümayəndələrinin işindən danışdı.

Bütün bunlarla yanaşı, Eldar Namazov klassik müxalifət partiyalarına hörmətlə yanaşdığını, lakin yeni nəslə dəstək verdiyini bildirdi. O, 2010-cu ildə parlament seçkilərinə qatılmadığını, lakin yeni nəslə dəstək verəcəyini bildirdiyini buna misal gətirdi. Eldar Namazov üç fəalın, Bəxtiyar Hacıyev, Erkin Qədirli və İlqar Məmmədovun seçki kampaniyasında rəsmən iştirak etdiyini dedi. Eldar Namazov bu gəncləri seçki dairələrində təqdim etdyini, onların seçicilərlə görüşməsinə şəxsən yardım etdiyini bildirdi.

Eldar Namazov seçki kampaniyasına yalnız bir dəfə, 2005-ci ildə parlament seçkiləri zamanı qatıldığını dedi və həmin kampaniya zamanı ona göstərilən təzyiqlərdən danışdı. Eldar Namazov seçkilərdə qalib gəldiyini, lakin hüquqlarının pozulduğu üçün Avropa məhkəməsinin qərarı ilə Azərbaycan hökumətinin ona cərimə ödədiyini bildirdi.

Eldar Namazov hansısa bir partiyaya başçılıq etmək marağında olmadığını, belə bir məqsədi olduğu halda bunu təşkil etməyin mümkün olduğunu vurğuladı.

Söhbətin sonunda Eldar Namazov Ramil Səfərovun əvfi ilə bağlı mövqeyini açıqladı. O, Ramil Səfərovun Azərbaycana ekstradisiyasına müsbət yanaşdığını, lakin prezidentin siyasi yolla - dərhal əvf edib azad etməsi yolu ilə deyil, məsələyə hüquqi yolla baxılmasının tərəfdarı olduğunu dedi. Eldar Namazov belə bir addımın Azərbaycanın beynəlxalq təşkilatlarda Qarabağla bağlı illərlə apardığı mövqeyə böyük zərbə olduğunu bildirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG