Accessibility links

Eldar Namazov:”Mən və El hərəkatı Milli Şuranın üzvü olaraq qalırıq və Şuranın gücləndirilməsinin tərəfdarıyıq”


El hərəkatının sədri Eldar Namazov Milli Şuranın İcra aparatının rəhbəri postundan getməsilə bağlı Amerikanın Səsinə açıqlama verib.


Eldar Namazovun açıqlaması
please wait

No media source currently available

0:00 0:01:32 0:00
Direct link


Eldar Namazov qərarın verilməsini səbəbləri ilə bağlı bildirib: “Bu qərarı mən çox əvvəl vermişəm. Mən rəhbəri olduğum El hərəkatının iclasında bunu müzakirə etmişdik. Təxminən 10 gün bundan əvvəl mən Milli Şuranın sədri Rüstəm İbrahimbəyova bu haqda məktub yazmışdım. Son illlərdə mən bir neçə vacib böyük qurumların təşkilati işlərinə görə cavabdeh idim. Bu, həm Ziyalılar Forumuna aid idi, həm El hərəkatınən rəhbəriyəm, ona da aiddir, həm də Milli Şuranın İcra aparatının rəhbəriyəm. Təbii bu üç böyük qurumun təşkilati işlərinin, bir adamın bu yükün altına girməsi həmişə problemlər yaradır. Və bir qurumu gücləndirəndə o biri kölgədə qalır. Ona görə də mən bunların hamısını nəzərə alaraq, təxminən 10 gün bundan əvvəl Rüstəm müəllimdən xahiş etmişdim, ona rəsmi məktublar müraciət etmişdim ki, Cəmil müəllimlə məsləhətləşib Milli Şuranın İcra aparatının rəhbəri vəzifəsinə başqa bir adam seçsinlər. Artıq bu qərar verilmişdi, sadəcə olaraq bunu sessiyaya qədər gözləmək lazım idi ki, Cəmil müəllimin də sədrlik məsələsi həll olunsun və onlar rahat bu qərarları qəbul etsinlər. Bunun başqa səbəbi yoxdur.

Eldar Namazov Milli Şuranın üzvü olaraq qalmağa davam edəcəyini və Şuranın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib: “Biz Milli Şurada qalırıq, mən Milli Şuranın üzvüyəm. El hərəkatı da Milli Şuranın üzvüdür və biz Milli Şuranın güclənməsinin tərəfdarıyıq. Sadəcə olaraq, mənim gələcəkdə təşkilati işlərimin böyük bir hissəsi El hərəkatına bağlı olacaq. Bu yükün bir hissəsini mən dostlarımla bölüşürəm.”
XS
SM
MD
LG