Accessibility links

Eldar Namazov: Ziyalılar Forumu gənclərin problemləri əks olunan sənəd hazırlayır AUDİO


Eldar Namazov: Ziyalılar Forumu gənclərin problemləri əks olunan sənəd hazırlayır AUDİO
Eldar Namazov: Ziyalılar Forumu gənclərin problemləri əks olunan sənəd hazırlayır AUDİO

Rəsmi mətbuat Ziyalılar Forumunun cəmiyyətdə nüfuza malik olmadığını yazır. Ziyalılar Forumu isə hakimiyyətin onların nüfuzundan çəkindiyini bildirir.

Azərbaycan Naminə İctimai Forumun prezidenti, Ziyalılar Forumunun təsisçilərindən biri Eldar Namazov Amerikanın Səsi radiosuna müsahibəsində Ziyalılar Forumunun perspektivlərindən danışıb və rəsmi mətbuatda onun tənqidinə həsr olunmuş məqalələrə cavab verib.

Cənab Namazov yaxın zamanda Azərbaycan gənclərinin problemlərini əks etdirən sənədin hazırlanıb ictimaiyyətin müzakirəsinə təqdim ediləcəyini deyib. “İki gün öncə Ziyalılar Forumu 9 gənclər təşkilatının iştirakı ilə gənclərin problemlərini müzakirə edib. Müzakirələrdə problemlərlə bağlı üç məruzə dinlənilib və sosioloji sorğunun nəticələri elan edilib”.

Onun fikrincə, Ziyalılar Forumunun nüfuzunun sürətlə genişlənməsi Azərbaycan hakimiyyətini narahat edir. “Bu səbəbdən də rəsmi və iqtidaryönümlü qəzetlərdə ziyalılara qarşı həqiqətdən uzaq məqalələr dərc etdirirlər. Amma, əslində həmin medianın nüfuzu ictimai fikrə təsir edə biləcək qədər deyil. Çünki, qeyri-rəsmi 3 milyonadək əhalisi olan Bakıda 50-60 nüsxə satılır və internet səhifələrinə yüzdən çox adam daxil olmur”.

O həmçinin Ziyalılar Forumunun cəmiyyətdəki inamsızlıq və qorxu sindromunu aradan qaldırmaqda olduğunu bildirib.

Ziyalılar Forumunun tədbirlərinin keçirilməsinə müxtəlif bəhanələrlə imkan verməyən otellərdən danışarkən cənab Namazov həmin otellərin mərkəzi ofislərinə şikayət ediləcəyini deyib. “Biz, N!DA Vətəndaş Hərəkatının bununla bağlı apardığı e-mail kampaniyasını alqışlayırıq”.

Öz növbəsində, rəsmi mətbuat Ziyalılar Forumunun cəmiyyətdə nüfuza malik olmadığını yazır.

XS
SM
MD
LG