Accessibility links

Azərbaycan prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazov Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan birgə bəyanat yayıb.

İki ölkə arasında vətəndaş cəmiyyələri arasında əlaqə qurulmasının asan olmayacağını deyən Eldar Namazov bəyanatın imzalanmasını mühüm bir məsələ adlandırıb.

Eldar Namazov və Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan

Eldar Namazov və Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan

O, prosesin hələ keçən ilin sonlarında Kiyevdə vüsət alan mitinqlər zamanı keçirilən ATƏT tədbirindən başladığını bildirib. Politoloq deyib ki, həmin görüşdə rəsmi danışıqlara palallel olaraq, vətəndaş cəmiyyətləri arasında danışıqların vacibliyi vurğulanmışdı.

ATƏT-in Minsk qrupu

ATƏT-in Minsk qrupu

​Eldar Namazov imzalanan sənədin əsas məqsədinin yaranmış status kvonun saxlanmasının qeyri-mümkünlüyünü göstərmək olduğunu deyib.

Politoloq münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq olmaz deyərək, böyük bir sülh sazişi üzərində işlənilməsinin vacibliyini önə çəkib.

Əgər söhbət torpaqdan gedirsə, hər bir azərbaycanlının ürək ağrısına səbəb olan ümumi bir problemdən gedirsə, burada heç bir şeydən çəkinmək lazım deyil

O, Minsk qrupunun həmsədrlərinin, rəsmi Bakının da bu mövqeni səsləndirdiyini bildirib.

Eldar Namazov məsələnin illərlə dondurulmuş şəkildə uzadılmasının rəsmi Yerevanın xətti olduğunu deyib.

Eldar Namazov görüşdən bir saat sonra hökumətə yaxın bir saytın ona qarşı hücuma keçdiyini bildirib. O deyib ki, əgər söhbət torpaqdan gedirsə, hər bir azərbaycanlının ürək ağrısına səbəb olan ümumi bir problemdən gedirsə, burada heç bir şeydən çəkinmək lazım deyil.

“Qarabağdan böyük bir dərdimizmi var? Bunu həll etmək üçün hər kəs öz imkanlarından istifadə etməlidr. Ona görə də mən belə təzyiqlərdən çəkinmirəm,” deyə poltiloq sözünə davam edib.

Eldar Namazov deyib ki, bizim gördüyümüz iş xalqımız, millətimiz üçündür.

XS
SM
MD
LG