Accessibility links

Eldar Qaradağlı "Azərbaycan mərkəzli türkçü düşüncə" kitabı haqda [Audio]


Güneyli yazar və siyasi fəal Eldar Qaradağlı Amerikanın Səsi ilə söhbətdə keçən illərdə yaydığı Azərbaycan Mərkəzli Türkçü Düşüncə adlı kitabı haqqında danışıb.

please wait

No media source currently available

0:00 0:21:51 0:00
Direct link

Qaradağlı təqribən 400 səhifədən ibarət olan əsərin müxtəlif bölmələrini xülasə şəkildə şərh etməklə yanaşı, kitabda izlənilən hədəf, eləcə də işlətdiyi bəzi terminlərin mahiyyət və anlamını izah edib.

Azərbaycan Mərkəzli Türkçü Düşüncə
Azərbaycan Mərkəzli Türkçü Düşüncə

Qaradağlının sözlərinə görə, Azərbaycan Mərkəzli Türkçü Düşüncə kitabı onun uzun illərlə Azərbaycan Milli Hərəkatında fəal olmağının nəticəsidir və xüsusilə güney məsələsi ilə bağlı milli, siyasi və ideoloji bir baxış sərgiləmişdir.

“Kitabda önümüzə çıxan təcrübələrdən yola çıxaraq doğru-düzgün bir baxış ortaya qoymağa çalışılıb... Belə ki, bəzi hadisələri dəyərləndirərək tarixi hadisələrdən necə nəticə alınacağına işarə olunub,” deyə İsveçdə mühacirətdə yaşayan güneyli fəal söyləyir.

Kitabında yazar tarix, milli kimlik, dil, dövletçilik və milli hərəkatdan əxlaq və sosial sistemə qədər geniş mövzular haqqında düşüncələr və dəyərləndirmələrini dərc edib.

Onun dediklərinə görə, kitabdakı bəzi fikirlər ilk dəfə olaraq gündəmə gətirilib.

Yazar kitabın adındakı “türkçü düşüncə” anlayışını açıqlayaraq Sovet Azərbaycanında, xüsusilə də Stalin dönəmində türk kimliyinə qarşı yürüdülən siyasət, eləcə də İran Azərbaycanında müxtəlif sağçı və solçu qrupların türk varlığının ziddinə həyata keçirdikləri layihələrə toxunur.

O, həmçinin “türkçü düşüncə” anlayışında nəzərdə tutduğu türk sözü ilə güneydə yaşayan etnik türklər, yaxud “türk dünyası”nı qəsd etdiyi ilə bağlı sualları cavablandırır.

Eldar Qaradağlı müsahibədə həmçinin “İran mərkəzli farsçı düşüncə” və “İran türkçülüyü” adlandırdığı fikir cərəyanlarından söz açır.

Azərbaycan Mərkəzli Türkçü Düşüncə kitabında yazar tarix, milli kimlik, dil, dövlətçilik və milli hərəkatdan əxlaq və sosial sistemə qədər geniş mövzular haqqında düşüncələr və dəyərləndirmələrini dərc edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG