Accessibility links

Eldar Mahmudovun ailə sərvətləri (Araşdırma)


Eldar Mahmudov (kollaj meydan.tv-dir)

Eldar Mahmudov (kollaj meydan.tv-dir)

Meydan.tv saytı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ailə üzvlərinin Azərbaycanda və xarici ölkələrdəki sərvətləri ilə bağlı araşdırma yazısı dərc edib. Məqaləni təqdim edirik:

Milli təhlükəsizlik nazirlərindən hələ heç biri vəzifəsindən bu cür getməmişdi. 11 il milli təhlükəsizlik naziri işləyən general-polkovnik Eldar Mahmudov 2015-ci ilin 17 oktyabr tarixində işdən azad edildikdən sonra rəhbərikdə təmsil olunan bir neçə şəxs həbs edildi, 250-dən çox əməkdaşı işdən çıxarıldı, nazirlik ləğv edildi, nazirliklə bağlı cinayət işi açıldı, nazirin atasının büstü Naxçıvanda uçuruldu və bu gərginlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də sıçradı. Rabitə və yüksək texnologiyalar naziri də işdən çıxarıldı, qurumun rəhbər vəzifələrində çalışanlar həbs edildi, bəziləri işin itirdi. Hökumətə yaxınlığı ilə seçilən saytlar iddia etdi ki, nazirlik prezidentin ailə üzvlərinin danışıqlarını gizli dinləməklə “milli təhlükə” yaradıb.

Yan-yörəsi həbs edilən Eldar Mahmudovun özünün niyə məsuliyyətə cəlb edilmədiyi hələ açıqlanmır. Bəzi mətbuat orqanları ifadə verməyə çağırılarkən onun səhhətinin pisləşdiyini və sanatoriyaya yerləşdirildiyini yazmışdılar. Bugünə qədər bu məlumatlar nə təsdiq, nə də təkzib olunub.

Qohumlar işdən çıxdı

Eldar Mahmudovun xanımı Tahirə Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışır. O, Konfederasiyanın Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Həyat yoldaşı Eldar Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra o, öz ərizəsi ilə işdən çıxdı.

Daha sonra keçmiş nazirin vəzifə daşıyan qohumları da üzə çıxdı. Belə ki, Mahmudovun vəzifədən gedişindən sonra nazirin qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edildi. Nazirin digər qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova da qapını göstərdilər.

Eldar Mahmudovun bacısı Elmira Mahmudova Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışır. Onun işlərinin necə getməsi ilə bağlı hələlik məlumat yoxdur.

Ailənin ölkədəki biznesi

Eldar Mahmudovun 3 uşağı var. Nazirin qızı Xuraman Mahmudova İsveçrədə maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. Bununla yanaşı Xuraman xanım 2015-ci ildə uşaqlar üçün nəzərdə tutulan “Sehrli Səyahət” adlı hekayəsini vəzifəli şəxslərin iştirakı ilə İçərişəhərdə təqdimatını keçirib.

Mahmudovun kiçik qızı Nərgiz Mahmudova 2015-ci ilin sentyabrında sabiq prezident Heydər Əliyevin qardaşı nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub.

Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir. Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. “Wine City” adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub. Şirkət “müştəri təlabatının artmasını” nəzərə alaraq 2012-ci ildə “Wine City-2” mağazasını açdığını bildirir.

Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxildir. Anar Mahmudov deyir ki, “Bizim missiyamız qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaqdır”. Amma bu xidmətləri göstərmək üçün xərclənən pullar şəffafdırmı?

Anar Mahmudov Azərbaycanda "Diqlas-1" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, “Kristal İnşaat” MMC-nin isə təsisçisidir. “Kristal İnşaat” 2008-ci ildə, "Diqlas-1" MMC isə 2010-cu ildə yaradılıb. Tender siyahısında şirkətlərin adına rast gəlmədik.

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)


Xarici ölkələrdə biznes

Mahmudovun ailə üzvlərinin xarici ölkələrdə də biznesi var.

Eldar Mahmudov 2004-cü ildən nazir vəzifəsində çalışırdı. Nazir işlədiyi dönəmdə - 3 avqust 2012-ci ildə o, “Royals” Turizm İnşaat Sanayi Ticaret Anonim Şirkətinin İdarə Heyətinin üzvü olub. Türkiyə bazalarında şirkətin 100.000 TL-lik sərmayəsi olduğu göstərilir. Şirkət Türkiyədə və xarici ölkələrdə turistlərin gəzintisini və turları təşkil edib. Şirkətin digər sərmayədarı və nümayəndəsi Ağamikayıl İsmayılovdur.

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Anar Mahmudov isə Türkiyədə “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” şirkətinin şəriklərindən biridir. Oğul Mahmudov həmçinin “Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim” şirkətinin İdarə Heyətinin sədridir.

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Gəlin, İspaniyadakı şirkətlərə göz ataq. Anar Mahmudovun İspaniyada 4 şirkəti var. “22 Vaquer De Bendinat S.L.” və “Son Sana Portals S.L.” adlı şirkətlər tikinti, inşaatla məşğul olur. 22 Vaquer De Bendinat S.L. şirkətinin kapitalı 4 milyon 403 min 085 avrodur. Şirkət 31 mart 2015 –ci ildə yaradılıb. “Son Sana Portals S.L.” şirkəti 3 min 100 avro kapitala sahibdir. Mənbə

İspaniyada digər şirkəti “Macent Invest Group SL” şirkətidir ki, kapitalı 19 milyon 563 min 600 avrodur. Dördüncü şirkəti olan Majorca Capas Group İnvestment SL” isə 11 milyon 859 min 111 avro kapitalı var. Majorca tikinti, alqı-satqı, daşınmaz əmlak sahəsində işləyir. Şirkət 2006-cı ilin 15 mayında yaradılıb. Şirkətin ödədiyi vergi 2 milyarddan bir az azdır .

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Eldar Mahmudovun ailə sərvətləri (Foto meydan.tv-dir)

Oğul Mahmudovun Lüksemburqda da şirkətləri var. Onun direktoru olduğu “Utılıcom” və “Konoco .M” şirkətləri 2015-ci il ildə yaradılıb. Mənbə

Sənədlərdə bildirilir ki, Anar Mahmudov gəlirləri haqqında deklarasiya təqdim etməyib.

Cavabsız qalan suallar

Öyrənmək istədik ki, Anar Mahmudov dörd ölkədə şirkət açmaq üçün xərclədiyi pulları necə əldə edib? İdarə Heyətinin sədri olduğu “Caspian Crystal” Holdinqə zəng etdik. Holdinqin qəbul şöbəsində çalışan xanım dəstəyi qaldıraraq ilk sualımıza “o, burada oturmur” cavabını verdi. Daha sonrakı suallara bu cavabları aldıq: “Harada oturduğunu bilmirəm. Bizdə onun əlaqə nömrələri yoxdur. Ümumiyyətlə, biz onu görmürük, o, burada olmur. İşə düzələndən Anar müəllimi görməmişəm. Dəqiq deyə bilmərəm, onu necə tapa bilərsiniz?!”

Baş Prokurorluğa göndərdiyimiz yazılı sorğuya da cavab verilmir. Biz Eldar Mahmudovun istintaqa cəlb olunması, ifadə verib-verməməsi ilə bağlı maraqlandıq. Eyni zamanda soruşduq ki, onlar Mahmudovlar ailəsinin xaricdəki şirkətlərinin maliyyə qaynaqlarını təftiş edirlərmi? Amma prokurorluq heç bir sualımıza cavab vermədi.

Eldar Mahmudov da susur. Birlikdə çalışdığı 19 işçisi həbsdə, 250-dən çox əməkdaşı onunla birlikdə işsiz qalıb. Mahmudovla bağlı hansısa qanuni cəza çıxarılmayıb. Sadəcə Wikipediada onunla bağlı bir cümləyə düzəliş edilib: Eldar Mahmudovun sələfi: Namiq Abbasov, xələfi: vəzifə ləğv edilib.

Show comments

XS
SM
MD
LG