Accessibility links

Eldar Namazov: “El” hərəkatı [Video]


Eldar Namazovla müsahibə
please wait

No media source currently available

0:00 0:23:46 0:00

Ziyalılar Forumunun həmtəsisçisi Eldar Namazovun Amerikanın Səsinə video müsahibəsi

Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov Amerikanın Səsinə Skype müsahibəsində “Ziyalılar Forumuna təzyiqlər, yeni “El” hərəkat, Milli Şura, prezidentliyə namizəd, vahid və ya əsas namizəd, hökumətin fəaliyyəti, islahatlar, korrupsiyaya qarşı mübarizə məsələləri diqqət mərkəzində olub.

Müsahibədən seçmələri təqdim edirik:

- “Ziyalılar Forumuna təzyiqlərin heç bir nəticəsi olmayacaq. Son il yarımda təzyiqlər fonunda forum genişlənir və güclənir. Bundan sonra da belə davam edəcək”;
Ziyalılar Forumuna təzyiqlərin heç bir nəticəsi olmayacaq. Son il yarımda təzyiqlər fonunda forum genişlənir və güclənir. Bundan sonra da belə davam edəcək


- “Azərbaycanda susan bir çoxluq formalaşıb. Əhalinin böyük bir hissəsi nə seçkilərə gəlir, nə də kütləvi aksiyalara qatılır. Halbuki onlar da narazıdır, mövcud durumda əziyyət çəkir. Bizim əsas sosial ünvanımız uzun illərdir ictimai-siyasi proseslərdən kənarda qalan insanlardır”;

- “Bu yaxınlarda Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyov gözəl bir məqalə ilə çıxış edib: “Ölkə yoxsa əhali”. Bunu başqa cür də ifadə etmək olar: “Vətəndaş yoxsa əhali”. Biz istəyirik ki, insanlar özlərini əhali kimi deyil vətəndaş kimi hiss etsin. Azərbaycan özünü dünyada ərazi kimi deyil, ölkə kimi nümayiş etdirməlidir;

- “Yaxın zamanda yeni hərəkatın təqdimatı olacaq. Hazırda təşkilatı işlər davam edir. Yəqin ki, təşkilatı işlər bir neçə həftə davam edəcək”;

- “Hələlik bizim dayandığımız ad “El” hərəkatıdır. “El” sözünün bir neçə gözəl mənası var. Bu həm vətən, həm xalq, həm də dövlət deməkdir”;

- “Qədim türk dünyasında yaranmış bir “El” konsepsiyası var. Bu siyasi-hüquqi və fəlsəfi bir konsepsiyadır. Qumilyovdan başlayaraq bu gün də türk dövlətlərinin başçıları tez-tez bu konsepsiyadan danışır”;
Demokratiya Amerikada icad edilmiş “Coca-Cola”, Almaniyada istehsal olunmuş “Mersedes” deyil ki, Azərbaycana ixrac edək. Bizim öz dəyərlərimiz, öz tarixi yolumuz var. Bütün demokratik təsisatların əsas kökləri Azərbaycanda var. Sadəcə onları inkişaf etdirmək lazımdır


- “El” hərəkatının əsas ideoloji xətti budur: Demokratiya Amerikada icad edilmiş “Coca-Cola”, Almaniyada istehsal olunmuş “Mersedes” deyil ki, Azərbaycana ixrac edək. Bizim öz dəyərlərimiz, öz tarixi yolumuz var. Bütün demokratik təsisatların əsas kökləri Azərbaycanda var. Sadəcə onları inkişaf etdirmək lazımdır”;

- “Strategiyamıza görə, ilk öncə hərəkat yaranmalıdır. Bu hərəkat susan çoxluğu hərkətə gətirməli, seçici fəallaığı yaranmalıdır. Bundan sonra, Milli Şura yaradılmalıdır, prezidentliyə əsas namizəd müəyyən edilməlidir”;

- “95 il öncə babalarımız da ilk öncə Milli Şura yaratdılar. Bu Milli Şurada Azərbaycanın aparıcı siyasi partiyaları, ziyalıları iştirak edirdi. Həmin Milli Şura Azərbaycanın müstəqilliyini elan etdi və müstəqil dövlətin qurulmasını təmin etdi. 95 il keçməsinə baxmayaraq hesab edirik ki, indi də Milli Şura elan edilməlidir. Orada ölkənin siyasi partiyaları və ziyalıları cəmləşməlidir. Bu Milli Şura ölkənin avtoritarizmdən demokratiyaya keçidini təmin etməlidir”;

- “Prezidentliyə əsas namizədin kim olacağı bizim üçün prioritet deyil. Əsas ölkədə milli birlik koalisiyasının yaranmasıdır”;

- “Vahid namizəd ideyasına ehtiyatla yanaşmaq lazımdır. Azərbaycanın təcrübəsində bir neçə dəfə əsas namizəd olub. 1998-ci ildə Etibar Məmmədov vahid namizəd deyildi, əsas namizəd idi. Çox gözəl nəticələri oldu. 2003-cü ildə İsa Qəmbər əsas namizəd idi və çox gözəl nəticələr göstərdi. Əsas namizəd ideyası artıq özünü doğruldub”;

- “Mənim iddiam nəinki prezidentliyə namizəd, prezident olmaqdan da daha böyükdür. Mənim iddiam odur ki, Azərbaycan xalqı demokratik sistemi qurmağa layiqdir”;

- “Azərbaycan iqtidarının apardığı siyasətin heç bir qolu bizi qane etmir. Nə daxili, nə xarici siyasət, nə insan haqlarına, nə də qanunun aliliyinə münasibət”;

- “Nəinki ayrı-ayrı sahələrdə, bütövlükdə böyük dəyişikliklər olmalıdır. Konstitusiya, idaretmə sistemi dəyişməlidir. Prezidentin səlahiyyətlərinin böyük hissəsi parlamentə verilməlidir. Parlament yeni sistemlə, majoritar və prorporsionalı sistemlə formalaşmalıdır. Köklü dəyişikliklər edilməlidir. Mən buna inqilabi dəyişikliklər deyərdim”;

- “Biz qalib gəlib demokratik keçidi təmin edə bilsək, beş ildən sonra Azərbaycanı tanımaq mümkün olmayacaq. Çünki Azərbaycanda köklü islahatları aparmaq üşnü bütün lazımi komponentlər var”;
Biz qalib gəlib demokratik keçidi təmin edə bilsək, beş ildən sonra Azərbaycanı tanımaq mümkün olmayacaq. Çünki Azərbaycanda köklü islahatları aparmaq üşnü bütün lazımi komponentlər var


- “Korrupsiyaya qarşı mübarizədə qeyri-qanuni yollarla xalqın milyardlarla sərvətini oğurlayanlar barədə sərt tədbirlər görülməlidir. Eyni zamanda, Azərbaycanda yüz minlərə insanı korrupsiya ilə məşğul olmağa vadar edirlər. Onları gömrükdə, vergidə rüşvət verməyə məcbur edirlər. İnsanları məcbur edirlər ki, yaratdıqları sturkurlar kölgə iqtisadiyyatına çevirsin, onların gəlirləri büdcəyə daxil olmasın. Həmin adamlar üçün imkan yaradılmalıdır. Maliyyə amnisitiyası elan edilməlidir ki, bizneslərini və mülkiyyətlərini leqallaşdırsın. Bu olanda dövlət büdcəsi bir ildə azı iki-üç dəfə böyüyəcək”;

- “Mən nə namizədliyimi irəli sürmək, nə də kiməsə güzəştə getməklə bağlı qərar qəbul etməyəcəm. Mənim üçün əsas konsensusdur”;

- “Siyasətçilər adətən yanvar-fevral aylarını siyasi təqvimdə “ölü ay” sayırdılar. Amma bu il yanvar ayı artıq ictimai-siyasi həyatı silkələyən hadisələrlə doludursa, görün qabaqda hansı hadisələr olacaq. Bu il həlledici ildir. Əminəm ki, payızda keçiriləcək prezident seçkilərində demokratik keçid başlayacaq, yeni hakimiyyət formalaşacaq”.
XS
SM
MD
LG