Accessibility links

Eldar Namazov Milli Şuranın İcra Aparatının rəhbəri təyin edilib


Eldar Namzaov
Eldar Namzaov

Rüstəm İbrahimbəyov vətəndaşların əsas hüquq və azadlıqlarının qorunması sahəsində demokratik qüvvələrin və bütün Azərbaycan cəmiyyətinin səfərbər olunması üçün təxirəsalınmaz praktik fəaliyyətə başlamaq zərurətini qeyd edib

Milli Şuranın (MŞ) Amerikada səfərdə olan sədri Rüstəm İbrahimbəyov MŞ üzvlərinə müraciət edib.

Müraciətdə deyilir:

“Heç bir şübhəm yoxdur ki, Azərbaycanın siyasi partiya və hərəkatların, ziyalıların, gənclərin, aparıcı ictimai təşkilatlarının səylərinin birləşdirilməsi ölkəmizdə avtoritarizmdən demokratiyaya dönməz keçidi təmin edəcək. Mənə göstərilən yüksək etimada - Milli Şuranın sədri seçilməyimə görə sizə təşəkkür edirəm.
Bizim planlarımızı reallaşdırmaq və Azərbaycan xalqının istəklərini həyata keçirmək, üçün bütün səy və imkanlarımı əsirgəməyəcəyəm”, deyə bildirilir.

Daha sonra Rüstəm İbrahimbəyov MŞ işçi orqanlarını formalaşdırmaq və doğru-dürüst və ədalətli seçkilərin keçirilməsi, demokratiya prinsiplərinin bərqərar edilməsi, vətəndaşların əsas hüquq və azadlıqlarının qorunması sahəsində demokratik qüvvələrin və bütün Azərbaycan cəmiyyətinin səfərbər olunması üçün təxirəsalınmaz praktik fəaliyyətə başlamaq zərurətini qeyd edir.

“Ölkədə müvəqqəti olmamağımla bağlı Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının Əsasnaməsinin 3.6 və 3.7-ci maddələrinə əsasən, Şuranın İcra Aparatının yaradılması və onun rəhbəri Eldar Namazovun təyin olunması haqqında qərarı qəbul edərək, göstərilən tədbirlərin keçirilməsini ona həvalə edirəm”, deyə müraciətdə bildirilir.

Sonda Rüstəm İbrahimbəyov son vaxtlar siyasi partiyaların liderləri ilə vətəndaş cəmiyyəti arasında nümayiş etdirilmiş uğurlu əməkdaşlıq və razılaşdırılmış qərarların birgə həyata keçirilməsi təcrübəsinin Şuranın işinin təşkili zamanı da səmərəli şəkildə davam edəcəyindən əmin olduğunu bildirir

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG