Accessibility links

Milli Şuranın İcra Aparatının rəhbəri prokurorluğa çağırılıb


Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov

Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov

El Hərəkatının keçmiş üzvü Milli Şuranı iğtişaşlar hazırlamaqda günahlandırır

Demokratik Qüvvələrin Milli Şurasının icra aparatının rəhbəri, “EL” hərəkatının lideri Eldar Namazov avqustun 29-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İdarəsinə çağırılıb.

“Çağırış “EL” hərəkatının keçmiş üzvü Əflan İbrahimovun bəyanatı ilə əlaqədardır. Bəyanatda bildirilir ki, guya Milli Şura kütləvi iğtişaşlar hazırlayır.

“Məni müstəntiq Orxan Dəmirli bununla bağlı ifadə verməyə çağırıb”, - E.Namazov Turan agentliyinə bildirib.

O, bu cür fikirləri “absurd” adlandıraraq qeyd edib ki, vəkilin köməyinə ehtiyacı yoxdur.

E.Namazov Ə.İbrahimovun bəyanatını şərh edərkən deyib ki, o, “EL” təşkilatından xaric edilib.

Belə ki, onun hakimiyyətin agenti olması və onun əli ilə təxribatın hazırlanması barədə məlumat əldə edilib. Məhz bu səbəbdən də o, Milli Şuraya qəbul edilməyib.
XS
SM
MD
LG