Accessibility links

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə bağlı məhkəmə prosesi bu gün Nəsimi rayon Məhkəməsində davam etdirilib.

E.Quliyev Amerikanın Səsinə bildirib ki, bu günkü məhkəmə prosesində Ədliyyə Nazirliyi nəzdindəki linqvistik ekspertizanın rəyi açıqlanıb. Həmin rəyə görə, ekspertiza leksik baxımdan E.Quliyevin ifadələrində təhqir və böhtan elementləri olduğunu təsdiqləyib. Amma bu təhqir və böhtanın konkret kimə aid olması haqda heç nə deyilməyib.

“Məni məhkəməyə verən şəxsə münasibətdə hər hansı təhqir və böhtana yol verməmişəm”, deyə E.Quliyev bildirib.

E.Quliyev vəkillərinin ekspertizanın rəyilə tanış olması üçün məhkəmə prosesinin oktyabrın 20-nə kimi təxirə salındığını bildirib.

E.Quliyev ölkədən çıxmasına qoyulan qadağanın aradan qaldırılması üçün vəkillərinin məhkəmədə vəsatət qaldırdığını, amma hakimin vəsatəti təmin etmədiyini söyləyib.

E.Quliyev bu ilin avqustunda facebook səhifəsində yol polisinin hərəkətləri barədə status yazıb. Bundan sonra daxili işlər naziri Ramil Usubov E.Quliyevi polisə qarşı təhqir və böhtandan istifadə etdiyi iddiası ilə məhkəməyə verib.

E.Quliyevə qarşı iddia təmin edilsə Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb ediləcək.

XS
SM
MD
LG