Accessibility links

Konqres seçkilərinin nəticələri ABŞ-ın xarici siyasət kursuna təsir göstərə bilər


Konqres seçkilərinin nəticələri ABŞ-ın xarici siyasət kursuna təsir göstərə bilər
Konqres seçkilərinin nəticələri ABŞ-ın xarici siyasət kursuna təsir göstərə bilər

Birləşmiş Ştatlar Konqresində respublikaçıların Nmüayəndələr Palatasında əksəriyyət əldə etməsi və demokratların Senatda bir neçə yeri itirməsi ilə yaranmış yeni qüvvə balansı beynəlxalq məsələlərə böyük təsir göstərə bilər. Prezident Barak Obama bildirib ki, vəziyyət imkan versə, o, ABŞ hərbi qüvvələrinin gələn ilin ortalarına qədər Əfqanıstandan çıxmağa başlamasını istəyir. Təhlilçilərin fikrincə, indi respublikaçı qanunvericilərin sayının artması qısa müddət ərzində Əfqanıstan müharibəsinə dəstəyin güclənməsinə gətirib çıxara bilər. Bu isə demokratlar hərbi qüvvələrin gələn ildən başlayaraq çıxarılmasına çalışdığı halda, münaqişə yarada bilər. Terrorizmə qarşı daha sərt mübarizə aparmaq və raketlərdən daha əhatəli müdafiə sistemi üçün təzyiq göstərmək Respublikaçıların gündəmində duran məsələlərdir. Respublikaçıların Nümayəndələr Palatasında nəzarəti ələ alması və Senatda çox yer əldə etməsi həmçinin prezidentin İran məsələsində kifayət qədər kəskin olmadığını deyən tənqidçilərin də çəkisini artırır.

XS
SM
MD
LG