Accessibility links

Azərbaycanda elektrik enerjisinin qiyməti qaldırılıb.

Tarif (qiymət) Şurasının Katibliyinin məlumatında deyilir ki,2016-cı il iyulun 14-də Tarif (qiymət) Şurasının növbəti iclasında“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkə daxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.

Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

Bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.

XS
SM
MD
LG