Accessibility links

Elektriklə çalışan avtomobillər ABŞ-da bəzi problemlərlə üzləşir (VİDEO)




ABŞ General Motors avtomobil şirkəti elektriklə çalışan Chevrolet Volt-ə dair ciddi biznes qərarı qəbul edib. Bəzi analitiklər bunun elektriklə çalışan avtomobillərin gələcəyinə necə təsir göstərəcəyini müzakirə edir.


Elektriklə çalışan avtomobillərin taleyi


Chevrolet Volt avtomobilinin sahibi Frederiko Qudsed (Frederico Goodsaid) deyir ki, o, avtomobilinin mühərrikinin səssiz fəaliyyətini çox xoşlayır. Goodsaid bu avtomobili sürməkdən də həzz aldığını deyir. “İşə gedərkən 50-dən çox yanacaq doldurma məntəqəsinin qarşısından keçirəm” - deyə o bildirir.

Voltun batareyası avtomobili 75 kilometr idarə edə bilir. Daha sonra 550 kilometr məsafəni mühərrik benzin əsaslı generatorla işləyir.

Gudsed avtomobilinin batareyası evində adi cərəyan çıxışı ilə doldurur. O hətta smartfonu ilə ofisi yaxınlığında batareya doldurma məntəqələrini müəyyən edə bilir.

Ən populyar 3 elektrik və hibrid avtomobillər – Volt, Prius Plug-in və Leaf

  • Chevrolet Volt
    75 kilometr-ə yanacaq istifadə etmir.
    Bir litr benzinlə 16 kilometr / Bir litr benzinlə 40 kilometr
    Qiyməti: $39 995
    Fevral ayında 1,023 Volt satılıb.

  • Toyota Prius Plug-in
    24 kilometr-ə yanacaq işlətmir.
    Bir litr benzinlə 21 kilometr / Bir litr benzinlə 40 kilometr
    Qiyməti: $32 000
    2012-ci ilin mart ayından satışda olacaq.

  • Nissan Leaf
    160 kilometr yanacaqsız idarə olunur.
    Qiyməti: 35 200
    Fevral ayında 478 Leaf satılıb.

Neil Kopit Merilend ştatında avtomobil dükanının sahibidir. O deyir ki, satışda olan Voltlar dükanın həyətında yatıb qalmır: “Əməkdaşlarım hazırda 20-ə yaxın Volt axtarışındadırlar. Çünki alıcıların tələbatına uyğun sayda Voltumuz yoxdur.”

ABŞ prezidenti Barak Obama Volt istehsal edən zavoda ziyarəti zamanı belə bir hadisənin baş verməsini istədiyini bildirmişdi.

Amma...

...Volt 2011-ci ildə satış hədəflərinə nail ola bilməyib. Oxşar hadisə bu ilin yanvar və eləcə də fevral aylarında baş verib. Belə ki, General Motors 5 həftə müddətinə müvəqqəti olaraq Voltun istehsalını dayandırıb. Bu, ABŞ-ın elektrik avtomobillərinin gələcəyini sual altına alır.

Bir ay ərzində 14 milyon izləyicisi olan avtomobil məlumat veb səhifəsi Edmunds.com-dan Leysi Plaç Amerikanın səsinə Skype vasitəsilə danışıb: “Başlıca problem bu avtomobillərin qiymətinin benzinlə çalışan rəqiblərindən qat-qat baha olmasıdır”.

Plaç deyir ki, sürücülərin bu avtomobili nəzərdən keçirməsi üçün benzin qiymətlərinin iki dəfə bahalaşması lazımdır. Ancaq onun fikrincə avtomobil istehsalçıları yanacağa daha çox qənaət edən avtomobillər də hazırlamağa çalışır. “Bu, elektrik avtomobillərini daha güclü rəqabətlə qarşılaşdırır”-deyə Plaç bildirir.


Bahalı yanacağa alternativ

Başqa bir problem batareyaların doldurulması üçün ictimai məntəqələrin az olmasıdır. Bunlar olmadan Volt sahibləri maşını evlərindən çox uzağa sürməyə çəkinirlər.

Voltdan fərqli olaraq Amerikanın digər avtomobil istehsalçıları əyləcə basmırlar.

Mark Vaughn Autoweek jurnalının əməkdaşıdır. O, Skype vasitəsilə Amerikanın səsinə danışıb: “İki il ərzində ABŞ-ın avtomobil bazarında 20-dən çox elektrik avtomobili mövcud olacaq.”

Gudsed deyir ki, bir neçə il heç nədir. “Mən ilk dəfə sürücülük vəsiqəsi alanda anamın maşının sürürdüm – 1967-ci ilin Peugeot-su. Bəli, vaxt çox tez keçir”- deyə Volt sahibi bildirir.

Ancaq bu texnologiyanın təkər üzərinə qalxması uzun vaxt ala bilər.

XS
SM
MD
LG