Accessibility links

Emin Hüseynov: Elektron imzaların həqiqiliyinin yoxlanılması üçün yaradılan saytın özü təhlükəyə məruz qalıb [Audio]


"Azərbaycanda elektron hökumət layihəsinin texniki və hüquqi aspektləri" seminarı
"Azərbaycanda elektron hökumət layihəsinin texniki və hüquqi aspektləri" seminarı

Azərbaycanda elektron hökumət layihəsinin texniki və hüquqi aspektləri müzakirə edilib

Son illər Azərbaycanda elektron hökumətin formalaşması işində mühüm addımlar atılsa da, bu proses böyük şəffaflıq və vətəndaş cəmiyyətinin iştirakını tələb edir. Bu fikir “Azərbaycanda elektron hökumət layihəsinin texniki və hüquqi aspektləri” mövzusunda seminarda səslənib.

Turan agentliyinin məlumatına görə, tədbiri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Expressionline şirkəti Kanadanın Yeli Təşəbbüslər Fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil edib.

Beynəlxalq Mediaya Dəstək Təşkilatının regional proqramlar üzrə rəhbəri Gülnarə Axundova bildirib ki, elektron hökumətin əsas ideyası vətəndaşlara göstərilən xidmətlərin sadələşdirilməsindən ibarətdir.

O deyib ki, seminar təşkilatçılarının təkidli dəvətlərinə baxmayaraq, elektron xidmətə görə məsul olan şəxslər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri tədbirə gəlməyib.

Amerikanın İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli bildirib ki, ümumi qəbul olunmuş standartlara görə, elektron hökumətin effektivliyinin şərtlərindən biri əhalinin 60%-nin genişzolaqlı İnternetlə təmin olunmasıdır. Lakin Azərbaycanda ADSL texnologiyası üzrə sürətli İnternet iri şəhərlərdə və bəzi rayon mərkəzlərində yayılıb. Ölkənin 4 500 kəndindən çoxunda genişzolaqlı İnternet yoxdur. Mobil İnternetin hesabına bu problem qismən həll oluna bilər. Lakin 3G texnologiyası da hər yerdə çatımlı deyil.

Hökumət 2015-ci ilədək bütün ölkə boyunca fiber-optik kabellərin çəkilişini planlaşdırır. Lakin ölkənin 800 kəndi indiyədək hətta naqilli telefon rabitəsi ilə təmin olunmayıb.

Ə.Məmmədli diqqəti ona yönəldib ki, bu ilin iyununda BMT İnternetə çıxışı insan hüquqlarının digər bir növü kimi tanıyıb ki, buna da hökumət tərəfindən zəmanət verilməlidir. Eyni zamanda ölkədə İnternetin qiyməti yüksək olaraq qalır, baxmayaraq ki, son illər bir qədər azalıb. Hazırda 1 Mbit/s üçün təxminən 15 manat təşkil edir. Minimal əməkhaqqı göstəricisi ilə nisbətdə bu, 15% təşkil edir, halbuki Türkiyədə 0,003%, Rusiyada 1,2%-dir.

Bilavasitə elektron hökumətin tətbiqinə gəlincə, 200-ə yaxın elektron xidmət növünün göstəriləcəyi bəyan edilir, lakin bunun bəzisi yalnız on-line informasiyadır. Halbuki, 2005-ci ildə qəbul olunmuş qanuna əsasən nazirliklər və idarələr yaradıldıqdan sonrakı gün saytlarda məlumatları yerləşdirməlidir.

RATİ direktoru Emin Hüseynovla müsahibə
please wait

No media source currently available

0:00 0:11:17 0:00
Direct link

RATİ-nin direktoru Emin Hüseynov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, bir ay əvvəl Azərbaycanda elektron imza tətbiq olunmağa başlayıb, baxmayaraq ki, “Elektron imza haqqında”qanun 2004-cü ildə qəbul olunub. Lakin hazırda elektron imzanın təhlükəsizliyinin təminatı problemi var. Elektron imzaların həqiqiliyinin yoxlanılması üçün yaradılan http://e-imza.az/ saytının özü təhlükəyə məruz qalıb.
RATİ direktoru Emin Hüseynov
RATİ direktoru Emin Hüseynov

O, elektron imzanın təhlükəsizliyinin təminatı üçün Avropa praktikasından istifadə olunmasını təklif edib. Belə ki, elektron imzalı çipləri həmçinin gözün rəngi, barmaq izləri və s. biometrik məlumatlar tamamlayır.

Sosial media üzrə ekspert Bəxtiyar Hacıyev qeyd edib ki, elektron hökumət tərəfindən 200-dən çox elektron xidmət növü təqdim olunsa da, onların çoxu mənasızdır. Belə ki, Ədliyyə Nazirliyi insan adlarına önəm verilməsini təklif edir. Elektron hökumətin formalaşmasında digər bir problem isə ayrı-ayrı dövlət qurumlarının idarələrarası mübadilə aparmaq istəməməsidir.

Hər üç məruzəçi vahid pin kod sisteminin tətbiqinə tərəfdar olduqlarını bildiriblər ki, bununla da vətəndaşlar bütün dövlət orqanlarının sistemlərinə daxil ola bilər.
Sonra hökumət tərəfindən layihəyə cəlb olunmuş BEST Solutions, ACTORS İT, Cybernetica şirkətlərinin nümayəndələri və ekspertlərin iştirakı ilə müzakirələr davam etdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG