Accessibility links

Azərbaycanda Elektron Kitabxana Sistemi yaradılıb


Elektron kitabxana
Elektron kitabxana

Vahid Mərkəzləşdirilmiş Avtomatlaşdırılmış Kitabxana sistemi bu gün təqdim edilib

Noyabrın 28-də Bakıda Muzey Mərkəzində Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimatı olub.

Vahid Mərkəzləşdirilmiş Kitabxana Sistemi şərti olaraq iki hissədən ibarətdir: İctimaiyyətə açıq olan hissə - Vahid Mərkəzləşdirilmiş Kitabxana portalı və inzibati, daxili istifadə üçün nəzərdə tutulan proqram təminatı.

Elektron kitabxana pilot layihə çərçivəsində artıq Bakı şəhərinin üç rayon mərkəzi kitabxanasında - Xətai, Nərimanov və Səbayel Mərkəzi Kitabxana Sistemində tətbiq olunur. Sistemin hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanılıb.

Vahid Mərkəzləşdirilmiş Avtomatlaşdırılmış Kitabxana sisteminə Komplektləşdirmə, Kataloqlaşdırma, Elektron Kataloq, İdarəetmə və Təşkilatı struktur modulları, Ətraflı axtarış, Onlayn əməliyyatlar, Rezervasiya, Kitab verilişi, Hesabat, Statistika və digər modullardan ibarətdir.

Beləliklə, oxucu kitabxanaya gəlmədən istədiyi kitabxananı seçərək qeydiyyatdan keçib, aldığı oxucu bileti - plastik kart ilə respublikanın bütün kitabxanalarından faydalana biləcək, onlayn sifariş verib istədiyi nəşri rezerv edəcək, kitabxanaya gələrək rezerv olunmuş nəşri sifariş edəcək, sifariş statusunu elektron növbə monitorunda izləyəcək, sifarişini götürəcək, sifarişi geri qaytararkən isə xüsusi avadanlıqlar vasitəsilə kitabı kitabxanaya qaytaracaq. Kitabxana rəhbərliyi kitabxana daxili proseslərə dair istənilən hesabatı görə bilir, Mədəniyyət və Turizm Nazirliyi isə bütün kitabxanalara nəzarət edir, istənilən hesabatı əldə edə bilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG