Accessibility links

MTN qanunsuz beynəlxalq telefon rabitəsi göstərənləri tutub


Elektron lövhə
Elektron lövhə

Nazirlik eyni zamanda bankın sisteminə qanunsuz müdaxilə etmiş şəxsi saxlayıb

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) beynəlxalq telefon rabitəsi xidmətləri göstərən bir qrup şəxsin fəaliyyətinin qarşısını alıb.

Azərbaycan vətəndaşı Fizuli Rüstəmov və digər şəxslər “Azerfon” MMC mobil rabitə operatorunun şəbəkəsinə qanunsuz qoşulmaqla, beynəlxalq rabitə xidməti yaradıblar. Bakının Binəqədi rayonunda kirayə tutulmuş evdə müvafiq avadanlıq quraşdırılıb, onun vasitəsilə qanunsuz beynəlxalq telefon danışıqları təşkil edilib.

MTN əməkdaşları Yasamal rayonunda bir qrup şəxs tərəfindən təşkil edilmiş analoji xarakterli daha bir cinayətin qarşısını alıb.

MTN-in daha bir əməliyyatı nəticəsində “Atabank” ASC sisteminə qanunsuz müdaxilə etmiş və bankın saytının indeksini dəyişmiş Azərbaycan vətəndaşı Rəfail Pirməhəmmədi saxlanılıb. Pirməhəmmədi eyni şəkildə www.iqtisadiyyat.com qəzetinin kompüter sistemini sındırıb və nəşrin sayt indeksini dəyişib.
XS
SM
MD
LG