Accessibility links

Azərbaycanda elektron ticarət pərakəndə ticarətin cəmi 0,029 faizinə bərabərdir


Elektron ticarət

Elektron ticarət

2014-cü ilin on ayında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr aylarına nisbətən 2,5 dəfə artaraq 5,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,6 faizini hüquqi şəxslərin, 8,4 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.Elektron ticarət dövriyyəsinin 95,0 faizini qeyri-ərzaq malları təşkil edib.

Statistika Komitəsinin bildirir ki, 2014-cü ilin yanvar-oktyabr aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,5 milyard manatlıq əmtəə satılıb.

Xatırladaq ki, elektron ticarət pərakəndə satışın cəmi 0,029 faizini təşkil edir.

Müşahidəçilərin fikrincə, elektron ticarətin həcmi ilə elektron xidmətləri prioritet elan etmiş Azərbaycan hökumətinin siyasəti ilə tərs mütənasibdir. Hökumət hələ də istehlakçıları elektron ticarətin etibarlılığına inandıra bilməyib və ya satış məntəqələri elektron ticarətin inkişafında maraqlı deyil.

XS
SM
MD
LG