Accessibility links

Elm

Şanxay dünyanın ən böyük elektronika sərgisinə ev sahibliyi edir [Video]


Las Veqasda keçirilən və CES kimi tanınan məşhur İstehlakçı Elektronika Sərgisi kimi Çindəki sərgidə də gələcək ildə trend olacağı gözlənilən cihazlar nümayiş etdirilib.

CES-in Asiya üzrə direktoru Con Kelli deyir ki, cihaz istehsalçıları Çin bazarına böyük həvəs göstərirlər.

Con Kelli: "Çində orta təbəqə mənsub adamların sayı artır. Burada çoxlu elektronika həvəskarları var. Bu amillər şirkətlərin bu bazara maraq göstərmələrində rol oynayır."

Sərgidəki cihazların çoxu ucuz və populyardır.

Alto Tech adlanan şirkət Cool Glass One adlanan Google gözlüyünə oxşar cihazı nümayiş etdirir.

JD Smart şirkəti isə Ding Dong adlanan səslə idarə olunan cihazıyla ziyarətçilərin diqqətin çəkib.

Sərgidə həmçinin dron və ağıllı ev cihazları nümayiş etdirilib.

Avtomobil istehsalçıları da təkmilləşdirilmiş modellərini ziyarətçilərə təqdim edib.

Ancaq texnologiya üzrə analitik T Z vonq deyir ki, o Asiya CES sərgisindən çox şey gözləyirdi.

T Z Vonq: "Mən növbəti sərgidə istehsalçılar arasında daha düzgün seçim edilməsini gözləyirəm. Xüsusən də fərqlilik baxımdan. Burada bir-birinə oxşayan çox cihaz var."

Ən çox diqqət çəkən cihazlardan biri İngiltərə şirkəti Moley Robotics tərəfindən düzəldilən yemək bişirən robot idi. Robot sərgidə uğurla sup bişirsə də, şirkət cihazın bazar üçün tam hazır olmadığını deyir. Moley Robotics rəsmiləri deyir ki, robot gələcəkdə internetdən reseptlər endirərək fərqli yeməklər bişirəcək.

2000 texnologiya şirkətini bir araya gətirən CES sərgisninin təşkilatçıları deyir ki, 2014-cü ildə elektronik cihazlara 1 trilyon dollar pul xərclənib. Bunun üçdə biri Asiya bazarının payına düşür ki, bu pay durmadan genişlənir.

XS
SM
MD
LG