Accessibility links

Elm

Həkimlər əl elektronik cihazlarının zərərlərindən narahatdır [Video]


Hindistanın Mumbay şəhərindən 10 yaşlı Ovaiş Batlivala gün ərzində 3-4 saat kompyuterdə video oyunları oynadığını deyir. Onun boyun ağrısından şikayəti anası Mehzabin narahatlığına yol açıb.

Mehzabin Batlivala: "Oğlumun boynunda ağrılar iyun-iyul aylarında başladı. Ağrılar getdikcə əllərinə və kürəyinə yayıldı. O, saatlarla iPad və mobil telefonla vaxt keçirir. Onun ağrılarına səbəb təxminən azı 2-3 saat müntəzəm video oyun oynamasıdır."

Terapevt Sadia Vancara deyir ki, bədənin yuxarı hissəsində xroniki ağrıları olan uşaqların sayı getdikcə artır.

Sadia Vanjara: "Onlar nə yaşlanıblar, nə də qəza keçiriblər. Yaşları 10-dan aşağıdır və şikayətlənmirlər. Qan təhlilləri, rentgen, MRİ analizi, hərsey normal nəticə göstərir. Bəs o zaman bunun səbəbi nədir? Bu uşaqlar arasında yayılan adi hala çevrilib və səbəb smartfonlar və digər eloktronik cihazlardır."

Çindən sonra dünyada ən çox smartfon istifadəçisi Hindistandadır. Texnologiya nəhəngi Cisco istifadəçilərinin sayının bu ilin sonunadək 140 miliyondan 651 miliyona çatacağını deyir.

19 yaşlı tələbə Nida Camil deyir ki, o, çeçələ barmağında ağrılar hiss edir. Çünki gün ərzində istifadə etdiyi smartfonunun ağırlığı həmin barmağa düşür.

Nida Camil: "Telefonumu 7 gün 24 saat işlədirəm. Çox güman ki, səbəb budur. Vvhatsapp, Snapchat kimi sosial medya vasitələrinin sayı artdıqca, demək olar ki, telefon hər şeyin mərkəzindədir."

Vancara deyir ki, ağrılar üçün ən yaxşı müalicə gündəlik idmandır.

Düz durmaq ağrıların qarşısını ala bilər. Vancara həmçinin uşaqlara elektronik əl cihazlarını düzgün tutmağı öyrədir.

Sandia Vanjara: "Əgər telefonu qarşınızda tutsaz, boynunuzu aşağı əyməyə ehtiyac qalmayacaq. Beləliklə boynunuz dartılmayacaq."

Smartfonların və elektronik əl cihazlarının sayı getdikcə artmaqdadır. Vancara onlardan istifadənin sadəcə fiziki deyil, həmçinin psixoloji və emosional xəstəliklərə də səbəb olacağını düşünür.

XS
SM
MD
LG