Accessibility links

Azərbaycan Parlamenti "Polis haqqında" qanuna yeni dəyişiklikləri qəbul edib

Azərbaycan polisinə elektroşok aparatından istifadə icazəsi verilir. Parlamentin 28 oktyabr iclasında "Polis haqqında" qanuna belə dəyişiklik edilməsi birinci oxunuşda qəbul edilib.

Qanunun qüvvəyə minməsindən sonra Daxili İşlər Nazirliyi hansı polis əməkdaşlarının bu silahdan gəzdirəcəyini müəyyən edəcək.

Əksər ölkələrin hüquq-mühafizə orqanlarında bu silahdan istifadə edən əməkdaşlar mütləq əvvəlcədən təlimlərə cəlb edilir.

Azadlıq Radiosu bu silahın necə işlədiyi, insana təsiri, hansı hallarda polisin ondan istifadə etmək hüququ olmasına dair bütün məlumatlar göstərildiyi infoqrafika hazırlayıb. Daha ətraflı məlumatı görmək üçün yuxarıdakı infoqrafikanın üzərinə klikləyin.

XS
SM
MD
LG