Accessibility links

Ələsgər Məmmədli: ATƏT-in tədbirində edilənlər azad mediaya ciddi basqının göstəricisidir [Audio-Müsahibə]


Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Ekspert Mətbuat Şurasının ATƏT-in tədbirində baş verənlərə qiymət verməsini və şuranın üzvlərinin qurtumdan kənarlaşdırılmasını istəyir

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycan hakimiyyətinin ifadə azadlığına dözümsüzlük nümayiş etdirməsi, iqtidar yönümlü jurnalistlərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının mətbuat konfransını pozması, Mətbuat Şurasının etika qaydalarına əməl edilməməsi, hətta Mətbuat Şurasının üzvlərinin etika qaydalarını pozması, prezidentliyə namizədlərin debatlarda təhqirlərinin Mərkəzi Seçki Komissiyasının qarşısını almamasından danışıb.


Müsahibədən seçmələr:

- ATƏT-in seçki missiyasının və Amerika Dövlət Departamentinin bəyanatında hökumətin ifadə azadlığına dözümlü yanaşması və bu sahədə ciddi problemlərin olduğu qeyd olunur.

Azərbaycanda kimsə fikrini ifadə etmək istəyirsə (düz və yanlış olmasının fərqi yoxdur) həmin şəxs hətta fiziki təzyiqlərə məruz qalır.
- Dünən ATƏT-in tədbirində baş verənlər ifadə azadlığına dözümsüzlüyün nümunəsidir. Əslində bu davranışı ilə o, insanlar dünya ictimaiyyətinə bir daha göstərdilər ki, Azərbaycanda kimsə fikrini ifadə etmək istəyirsə (düz və yanlış olmasının fərqi yoxdur) həmin şəxs hətta fiziki təzyiqlərə məruz qalır.

- Dünən baş verənlər Azərbaycanda ifadə azadlığının tam görüntüsü idi. Hələ, bu beynəlxalq müşahidəçilərə qarşı, beynəlxalq tədbirdə, dünyanın, yüzlərlə kamera və jurnalistin gözü qarşısında baş verirdi.

- Düşünün, bu bir kənar məkanda, heç bir kamera olmayan yerdə, bir seçki məntəqəsində, seçki dairəsində, dövlət qurumunda baş verirsə nə olur.

- Əslində bu, Azərbaycanda müstəqil media və müstəqil jurnalistlərin nə qədər çətin şəraitdə informasiya toplayıb yaydığının və özünü ifadə etdiyinin göstəricisidir. Bu həm də həmin şəxslərin ciddi basqı altında fəaliyyət göstərməsinin göstəricisidir.

Əgər jurnalist siyasi tərəf olursa, kiməsə hücum edirsə bu dırnaqarası jurnalistlikdir və ölkə jurnalistikasına ləkə gətirir.
- O vəziyyəti edənlər unutmamalıdırlar ki, Azərbaycanda olan mövcud durumu eyni ilə dünya ictimaiyyətinin gözü qarşısına çıxardılar.

- Jurnalist tərəf olmamalıdır, prosesi müşahidə edib tərəflərdən məlumat yaymalıdır. Əgər jurnalist siyasi tərəf olursa, kiməsə hücum edirsə bu dırnaqarası jurnalistlikdir və ölkə jurnalistikasına ləkə gətirir.

- Mətbuat Şurası dərhal baş verənləri qınamalıdır. Bu hadisədə iştirak edən Mətbuat Şurasının üzvlərinin Mətbuat Şurasından ixrac olunması məsələsi gündəmə gəlməlidir. Həmin şəxslər Mətbuat Şurasında qalırsa, bu o deməkdir ki, Mətbuat Şurası baş verənləri qəbul edir və bu prosesin iştirakçısıdır.

- Mətbuat Şurasının üzvlərinin qanundan kənar, qeyri etik hərəkətləri bu şuranın imicini çox ciddi şəkildə bir az da aşağı salmış olur.

Bu hadisədə iştirak edən Mətbuat Şurasının üzvlərinin Mətbuat Şurasından ixrac olunması məsələsi gündəmə gəlməlidir.
- Mərkəzi Seçki Komissiyası təhqirə yol vermiş namizədlərin namizədliyini dərhal ləğv etməli idi.

- Prezidentliyə namizədlərin debatında baş verənlər və bunun açıqlığı cəmiyyəti fikri azad ifadə etmək azadlığından çəkindirmək məqsədi daşıyırdı. Bu həm də cəmiyyəti demokratiya və plüralizmin təhlükəli olduğuna inandırmaq idi. Cəmiyyəti demokratiya və plüralizmdən iyrəndirib çəkindirmək istəyirlər. Bu da cəmiyyətin siyasi aktivliyini minimuma endirmək və siyasi prosesləri bildikləri kimi idarə etmək deməkdir.

Show comments

XS
SM
MD
LG