Accessibility links

NİDA-çı gəncin apellyasiya şikayəti təmin olunmayıb


Elgiz Qəhrəman

Elgiz Qəhrəman

Bu gün "NİDA" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının ev dustaqlığına buraxılması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə verdiyi məlumata görə, şikayət təmin edilməyib.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də Bakının Nərimanov rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlı barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - külli miqdarda törədildikdə) ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

E.Qəhrəmanlı NİDA Vətəndaş Hərəkatının üzvüdür. O, Bakının mərkəzində saxlanılıb və guya onun cibindən 3.315 qram heroin tapılıb. Məhkum edilərsə, Qəhrəmanlını 12 ilədək həbs cəzası gözləyir.

XS
SM
MD
LG