Accessibility links

Hüquq müdafiəçisinin oğlu 6 ay islah işinə məhkum edilib


Oqtay Gülalıyev oğlu ilə

Oqtay Gülalıyev oğlu ilə

Oktyabrın 30-da Bakının Xətai rayon Məhkəməsi hüquq müdafiəçisi, Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin mətbuat katibi olmuş Oqtay Gülalıyevin oğlu Əlgüşad Gülalıyevi 6 ay islah işlərinə məhkum edib.

Məhkəmənin qərarı əsasında hər ay Əlgüşad Gülalıyevin əmək haqqından 15 faiz cərimə tutulacaq. Bu barədə Amerikanın Səsinə Oqtay Gülalıyev bildirib.

Oqtay Gülalıyev oğluna qarşı ittihamı siyasi sifariş hesab edir. “Bu mənim siyasi və hüquq müdafiəçisi fəaliyyətimlə bağlıdır”, o qeyd edib.

Əlgüşad Gülalıyevin 17 yaşı var, universitet tələbəsidir. O ötən il orta məktəbdə şagirdlər arasında baş vermiş insidentə görə məhkəmə qarşısına çıxarılıb. Ancaq Əlgüşad Gülalıyev ötən il həmin vaxt evlərinin yaxınlığında hücuma məruz qalıb, ona bıçaqla zərbə endiriblər. İstintaq indiyədək bu epizodu araşdırmayıb.

XS
SM
MD
LG