Accessibility links

Əli Həsənov: Azərbaycan Donald Trampla əməkdaşlığa ümid edir


Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov

Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib

"Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir".

Trend agentliyinin məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə münasibət bildirərkən deyib.

"Dünən Amerika xalqı öz seçimini etdi. Donald Trampi özlərinə növbəti - 45-ci prezident seçdilər. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev də təbrik məktubu ünvanladı. Düşünürük ki, bu, Amerika xalqının seçimidir və Azərbaycan da buna hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir", Ə.Həsənov qeyd edib.

XS
SM
MD
LG