Accessibility links

Əli Həsənov: Diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirləri görürük (video)


Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov ASALA və diplomatik nümayəndəliklər barədə danışıb
please wait

No media source currently available

0:00 0:04:48 0:00

Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov ASALA və diplomatik nümayəndəliklər barədə danışıb

Prezident Administrasiyasının şöbə müdiri ASALA-nın hədələri, təhlükəsizlik tədbirləri və Azərbaycan-İran münasibətlərindən danışıb

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ASALA təşkilatının hədələri, diplomatik nümayəndəliklərin təhlükəsizliyi, Azərbaycan ordusunun zabiti Ramil Səfərovin əfvi barədə tənqidlər və Azərbaycan-İran münasibətləri ilə bağlı suallara cavab verib.

Şöbə müdiri bildirib ki, ermənilər, onların lobbi təşkilatları, o cümlədən keçmişdə ciddi terror hadisələri törətmiş ASALA tipli terror təşkilatlarının beynəlxalq aləmdə Azərbaycana qarşı qisasçılıq hərəkətləri, yaxud da digər terror hadisələri planlaşdırdığı barədə məlumatlar daxil olmaqdadır.
Cənab Həsənov eyni zamanda Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirliklərinə, xaricdə yaşayan azərbaycanlılara qarşı təhdidlərin olduğunu da deyib.

“Bu təhdidləri nəzərə alaraq bütün lazımi təhlükəsizlik tədbirləri görürük. Amma, bir şeyi əvvəldən bütün dünyaya bəyan edirik ki, bu, təkcə erməni terror təşkilatlarının və yaxud da ayrı-ayrı erməni lobbi təşkilatlarının siyasəti deyil. Bu, Ermənistanın dövlət siyasətidir”.

Onun sözlərinə görə, ermənilər uzun illərdir azərbaycanlılara qarşı soyqırımı törətdir. Xocalı soyqırımı yaxın tarixdə baş verən bu hadisələrdən biridir.

“Ermənilər Ramil Səfərov hadisəsindən sui-istifadə edərək dünyada bir antiazərbaycan fəaliyyəti reallaşdırır. Azərbaycanlıları qəddar, ermənilərə qarşı bu tipli tədbirlər görən millət kimi təqdim edirlər. Amma, faktiki olaraq bütün dünya bilir ki, Ramil Səfərovun aldığı cəza törətdiyi cinayətə adekvat deyil. Ramil Səfərov verilən cəzanı çəkib. Ona verilməli olan cəza Avropa ölkələrində və Ermənistan daxil olmaqla bütün dünyada maksimum 15 il ola bilərdi və bu 15 ilin də yarıdan çoxunu çəkdiyinə görə, azad edilmək onun haqqıdır.

Həbsdə olduğu müddətdə özünün nümunəvi davranışı, münasibəti ilə sübut edib ki, o nə Azərbaycan daxilində, nə də Azərbaycan xaricində ictimai təhlükə kəsb etmir. Ramil Səfərovun əfvi qanunlar çərçivəsində həyata keçirilib. Nə Macarıstanın hakimiyyət orqanları, nə də Azərbaycan prezidenti heç bir səhvə yol verməyib. Ermənilərin bu hay-küyü əsassızdır. Ermənilər bundan daha artıq qatı cinayətlər törətmiş insanları əfv edib. ASALA-nın təhdidlərinə biz lazımi cavab veririk və bundan sonra da verəcəyik. Hesab edirik ki, bu, növbəti kampaniyadır və ötüb gedəcək”.

Cənab Həsənov Azərbaycan-İran münasibətlərinin normallaşmaqda olduğunu bildirib.

“Hal-hazırda Azərbaycan-İran münasibətləri normal səviyyədədir. Keçmişdə, xüsusilə də “Eurovision” ərəfəsində İranın bəzi dairələrinin apardığı antiazərbaycan kampaniyası fonunda kəskinləşən münasibətlər aradan qalxmaqdadır. Münasibətlərin normallaşması artıq öz təzahürünü göstərir. Həm İran, həm də Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətləri bundan sonra mehriban qonşuluq, dostluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində davam etdirməyə hazır olduqlarını bəyan edib”, şöbə müdiri qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG