Accessibility links

Əli Əkbər Vilayəti: Xalqın güzəranı olduqca ağırdır


Prezidentliyə namizəd Əli Əkbər Vilayəti

Prezidentliyə namizəd Əli Əkbər Vilayəti

“Prezident seçilsəm, hər yüz gündən bir hökumətin fəaliyyəti haqqında xalqa hesabat verəcəm”

İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş müşaviri, prezidentliyə namizəd Əli Əkbər Vilayəti mayın 26-da dövlət televiziyasına açıqlamasında iyunun 14-də keçiriləcək prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, Əli Əkbər Vilayəti prezident seçiləcəyi təqdirdə görəcəyi işlərə toxunub: “Mən namizədliyimi heç kimin xeyrinə geri götürmək niyyətində deyiləm və axıra qədər səhnədə qalacam. Prezident seçilsəm, hər yüz gündən bir hökumətin fəaliyyəti haqqında xalqa hesabat verəcəm. Bu gün xalqın güzəranı olduqca ağırdır. Xalqa demək olmaz ki, dözün və bir az səbirli olun. Xalq bizdən mövcud iqtisadi problemlərin ən qısa bir zamanda həllini tələb edir. Xalq məni prezident seçsə, hökumətlə parlament arasındakı münasibətlərin düzgün əsaslara söykənməsinə, iqtisadi islahatların aparılması ilə bağlı layihəyə növbədənkənar baxılmasına çalışacam”.

Beş ay yarım əvvəl Vilayəti Xamneyinin qudası Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibafla birlikdə qarşıdan gələn prezident seçkisinə qatılmaq üçün “2+1” koalisiyasını yaradıb.
XS
SM
MD
LG