Accessibility links

Naxçıvanın keçmiş milli təhlüksəzilik nazirinin qardaşı həbs edilib


Vəli Ələsgərov

Vəli Ələsgərov

Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov vergidən yayınma ittihamı ilə həbs edilib.

Turan agentliyinin məlumatına görə, Ə.Ələsgərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayəıt işi baxılması üşün Şəırur rayon Məhkəməsinə göndərilib. Yaxın günlərdə məhkəmə prosesi üzrə hazırlıq iclası olacaq.

Baununla yanaşı Turan yerlimənbələrdən məlum olub ki, Əli Əlsəgərov artıq vergi borcunu ödəyib. Onun vergi borcunun nə qədər olması barədə rəsmi mənbələrdən məlumat əldə etmək mümkün olmayıb.

Ə.Ələsgərov sahibkardır. Qardaşı muxtar respublikanın MTN rəhbəri olduğu vaxtlarda onun biznesi çiçəkləmişdi. Belə ki, o, Ordubadda broyler fabrikinə, Şərurda balıqçılıq müəssisəsinə sahib idi, iaşə obyektləri vardı.

İyunun 24-də Naxçıvan Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsi V.Ələsgərovu mənimsəmə, vəzifə səlahiyyətini aşma və qanunsuz dinləmələrdə təqsirli bilərək 14 il azadlıqdan məhrum edib.

Xatırladaq ki, V.Ələsgərov 15 il Naxçıvan MTN-ə rəhbərlik edib. 2015-ci ilin dekabrında gözlənilmədən işdən çıxarılıb. Bundan sonra onun barəsində cinayət işi qaldırılıb.

Bir müddət həbsdə qaldıqdan sonra ev həbsinə buraxılıb. Lakin öz günahsızlığı və həbs zamanı işgəncələrə məruz qalması barədə mətbuata açıqlama verəndən sonra yenidən həbs edilib. İbtidai istintaqın yekunlarına görə, Ələsgərova qarşı daha bir ittiham- qanunsuz dinləmə irəli sürülüb.

XS
SM
MD
LG