Accessibility links

Milli Şura hüquq müdafiəçisinin azyaşlı oğluna qarşı cinayət işini siyasi sifariş hesab edir


"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev

"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev

Azyaşlı Əli Gülalıyev hüquq müdafiəçisinin oğludur

Milli Şura yetkinlik yaşına çatmayan Əli Gülalıyevə qarşı qaldırılmış cinayət işini siyasi sifariş hesab edir və bunu iyrənc siyasi repressiya kimi qiymətləndirərək hakimiyyəti bu yoldan çəkinməyə çağırır. Bu barədə Milli Şuranın açıqlamasında deyilir.

Əli Gülalıyev "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının və "Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin oğludur.

Milli Şura bildirir ki, Oqtay Gülalıyevin ötən il prezident seçkiləri ərəfəsində döyülərək bıçaq xəsarətinə məruz qalmış azyaşlı oğlu Əli Gülalıyevə qarşı bu günlərdə Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1- ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Avqustun 29-da Xətai rayon Məhkəməsində proses başlayacaq.

Xatırladaq ki, 2013-cü il sentyabrın 23-də Əli Gülalıyev yaşadığı NZS qəsəbəsində hücuma məruz qalıb. Naməlum şəxslər Əli Gülalıyevi döyərək ona ağır bıçaq xəsarəti yetirib. Bir il sonra istintaq qənaətə gəlib ki, "təqsirkar” elə zərərçəkmişin özüdür və ona qarşı cinayət işi qaldırılıb.

XS
SM
MD
LG