Accessibility links

Hakimiyyət vətəndaş cəmiyyəti ilə dialoqa start verib


Hakimiyyət vətəndaş cəmiyyəti dialoqu

Hakimiyyət vətəndaş cəmiyyəti dialoqu

Prezident Administrasiyanın şöbə müdiri Əli Həsənov vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi ilə görüşündə bildirib ki, belə görüşün vaxtı çoxdan çatıb və tərəflərin qarşılıqlı cəhdlərinin nəticəsidir.

Prezident Administrasiyası hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqa start verib. Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi ilə görüşündə bildirib ki, belə görüşün vaxtı çoxdan çatıb və tərəflərin qarşılıqlı cəhdlərinin nəticəsidir.
O, QHT-lərin 50 nümayəndəsinin iştirakı ilə bağlı qapı arxasında keçirilən söhbətin konturlarını cızıb.
Cənab Həsənov işarə edib ki, dövlət qeyri-hökumət sektorunun fəaliyyəti üçün maneəni aradan qaldırmaq, onu ictimai-siyasi sistemin tam tərkib hissəsi etmək niyyətindədir. Bununla əlaqədar problemləri və təklifləri ilkin mənbədən eşitmək istəyir.
QHT nümayəndələrinin çıxışlarında problemlə yanaşı aşağıdakı təkliflər də səslənib: QHT-nin dövlət qeydiyyatı üçün maneənin aradan qaldırılması, qrantların ƏDV-dən azad edilməsi və qeyri-hökumət sektorunun vergi yükünün azaldılması, ölkə regionlarında tədbirlərin keçirilməsi üçün məhdudiyyətin aradan qaldırılması, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin artırılması, hakimiyyət və QHT-nin daha effektiv əməkdaşlığı üçün prezident yanında ictimai şuranın yaradılması, vətəndaş fəallarına təqiblərə son qoyulması və qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələrinin həbsdən azad edilməsi.
Bir saat yarım vaxt ərzində çıxışları diqqətlə dinləyən Əli Həsənov öz yekun nitqində deyib ki, cəmi 86 təklif daxil olub. “Təkliflər vəziyyətin təhlilinin və qərarların qəbulunun əsasını təşkil edir”.
O qeyd edib ki, hakimiyyət qeyri-hökumət təşkilatları ilə daimi dialoqda maraqlıdır və QHT-nin dövlət quruculuğu prosesində iştirakın istəyir. Şöbə müdiri həmçinin deyib ki, hakimiyyətin istəmədiyi şey budur: QHT hakimiyyətlə müxalifət arasında siyasi mübarizədə tərəfkeş olmamalıdır.
Administrasiya nümayəndəsi qeyd edib ki, hakimiyyət vətəndaş cəmiyyətinin bütün spektrləri - QHT, siyasi partiyalar və KİV ilə dialoqda və münasibətlərin qurulmasında maraqlıdır. Onun sözlərinə görə, güclü vətəndaş cəmiyyəti olmadan hakimiyyət avtoritarizmə yuvarlana bilər.
Eyni zamanda o qeyd edib ki, hakimiyyət prosesin inkişafında maraqlıdır, lakin nəzarət altında.
Turan Agentliyi bildirir ki, Əli Həsənovun mayın 31-də vətəndaş cəmiyyəti nümayəndələrinin görüşündəki çıxışından ( həmin görüşdə o, beynəlxalq təşkilatları və onlarla əməkdaşlıq edən siyasi partiyaları, QHT və KİV-i kəskin tənqid etmişdi) fərqli olaraq bu çıxışda səs tonu başqa cür idi. Hətta o, “Eurovision 2012” müsabiqəsi ilə bağlı “Demokratiya naminə oxu!” kampaniyasının keçirilməsi hüququnu da tanıyıb.
“Bu, aparıcı vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ilk görüşdür və bugünkü çıxışları, səslənən təklifləri təhlil etməliyik”, - o qeyd edib və bildirib ki, bugünkü debatların təhlilinin əsasında növbəti görüş sentyabrda olacaq”.
XS
SM
MD
LG