Accessibility links

Əli Həsənov: Azərbaycan-İsrail münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır


Əli Həsənov
Əli Həsənov

Azərbaycanda milli azlıqların, dini konfessiyaların, o cümlədən 20 minlik yəhudi icmasının bütün hüquqları, onun mədəni və dini həyatı tam təmin olunub. Qeyd etmək istəyirəm ki, İsraildə də ölkəmizdən getmiş 70 min insanı birləşdirən Azərbaycan diasporu mövcuddur. Bu barədə Azərbaycan Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Forum Daily” amerikan-yəhudi qəzetinə müsaahibəsində bildirib.

O bildirib ki, İslam dünyasının tərkib hissəsi olan Azərbaycan, eyni zamanda, həm bütün islam ölkələri, həm də İsrail ilə dostluq əlaqələri saxlayır.

İsraildə də ölkəmizdən getmiş 70 min insanı birləşdirən Azərbaycan diasporu mövcuddur.

“Azərbaycan hesab edir ki, müasir dünyada milli və dini qarşıdurmalara, ərazi iddialarına, milli və dini dözümsüzlüyün, zorakılığın və düşmənçiliyin süni şəkildə qızışdırılması yolu ilə gərginliyin artırılmasına yer yoxdur. Bütün məsələlər beynəlxalq hüquq, konstruktiv dialoq və qarşılıqlı anlaşma çərçivəsində həll edilməlidir. Lazım gəldikdə ölkəmiz Yaxın Şərqdə, İsrail ilə İslam dünyası arasında sülhün və sabitliyin möhkəmlənməsi işinə öz töhfəsini verə bilər”.

Həsənov Azərbaycandakı yəhudi icması və Azərbaycan-İsrail münasibətlərindən danışarkən deyib ki, Azərbaycanda yaşayan başqa xalqların və etnik azlıqların nümayəndələri kimi, yəhudilər də həmişə bu cəmiyyətin tamhüquqlu üzvləri olub.

Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə İsrail dövləti istisna olmaqla dünyada yəhudilərin yığcam şəkildə yaşadıqları yeganə yerdir.

“Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə İsrail dövləti istisna olmaqla dünyada yəhudilərin yığcam şəkildə yaşadıqları yeganə yerdir. Əminliklə deyə bilərəm ki, Ermənistanda yaşayan yəhudilərdən fərqli olaraq Azərbaycan yəhudiləri heç vaxt hər hansı antisemitizm təzahürləri ilə üzləşməyiblər. Hətta dünyanın müxtəlif ölkələrində antisemitizm qığılcımları və antiisrail əhval-ruhiyyəsinin kəskinləşdiyi dövrlərdə də Azərbaycanda yəhudilərə dostcasına münasibət qorunub saxlanıb.

Yəhudi icması fəal vətəndaş mövqeyi göstərir, Azərbaycanın ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayır. Bu icma ölkə parlamentində də təmsil olunub – Yevda Abramov Milli Məclisin insan hüquqları komissiyası sədrinin müavinidir”.

Şöbə müdiri Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı qeydiyyata alındığmnı və fəaliyyət göstərdiyini bildirib.

“Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycanın Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyəti Mərkəzi” kimi təşkilatların, habelə “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsinin və başqalarının fəaliyyətini qeyd etmək istərdim. Yəhudi icmalarının və İsrailin Bakıdakı səfirliyinin dəstəyi ilə bu təşkilatlar tərəfindən çoxsaylı mədəni tədbirlər keçirilir, yəhudi ədəbiyyatı nəşr edilir, müxtəlif tədbirlər təşkil olunur”.

O hazırda Azərbaycanın paytaxtında, habelə Quba və Oğuz şəhərlərində yeddi sinaqoqun fəaliyyət göstərdiyini deyib.

Azərbaycanın paytaxtında, habelə Quba və Oğuz şəhərlərində yeddi sinaqoq fəaliyyət göstərir.

“2003-cü və 2012-ci illərdə Bakıda Azərbaycan dövlətinin hesabına dini tədbirlər üçün iki yeni sinaqoq tikilib istifadəyə verilib. Öz memarlıq xüsusiyyətləri ilə seçilən bu binalar Avropada ən iri sinaqoqlardandır. Respublikada fəaliyyət göstərən yəhudi dini icmasına hər il Azərbaycanın dövlət büdcəsindən maliyyə yardımı ayrılır”.

Ölkədə yəhudi icmasının təhsili sahəsində də işlər görülüb.

“Azərbaycanın Yəhudi Qadınlar Təşkilatının təşəbbüsü ilə ən müasir avadanlıqla təchiz olunmuş ilk yəhudi uşaq bağçası açılıb. Bakıda və Qubada fəaliyyət göstərən beş yəhudi məktəbində 1500-ə yaxın şagird oxuyur. Bakı şəhərindəki 46 nömrəli ümumtəhsil məktəbinin bazasında ivrit dilinin, yəhudi mədəniyyəti və tarixinin öyrənilməsi üzrə siniflər açılıb. 2003-cü ildən Bakıda özəl yəhudi məktəbi fəaliyyət göstərir, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tədris proqramına ivrit dilinin tədrisi daxil edilib. 2010-cu il oktyabrın 4-də Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün nəzərdə tutulan “Xabad-Or-Avner” təhsil mərkəzi açılıb”.

Bakıda və Qubada fəaliyyət göstərən beş yəhudi məktəbində 1500-ə yaxın şagird oxuyur.

“Azİz” Azərbaycan-İsrail Dostluq Cəmiyyəti “Azərbaycan-İsrail” adlı qəzet, Qırmızı Qəsəbədəki “Yedinstvo” (“Birlik”) cəmiyyəti isə “Qudyal” adlı jurnal nəşr edir.

Həsənovun fikrincə, Azərbaycan ilə İsrail arasında həm ikitərəfli, regional, həm də beynəlxalq məsələlərdə qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

“Təəssüf ki, vaxtaşırı bəzi beynəlxalq qüvvələrin bu münasibətləri pozmağa yönəlmiş cəhdləri müşahidə olunur. Lakin biz əminik ki, bu cür cəhdlərin heç bir nəticəsi olmayacaq. Həmçinin ümid edirik ki, bu yaxınlarda İsrailin bəzi qəzetlərində dərc edilmiş antiazərbaycan ruhlu qərəzli məqalələr istər İsrailin rəsmi dairələri, istərsə də ölkə ictimaiyyəti tərəfindən ciddi qəbul edilmir”.

Şöbə müdiri “radikal İslam Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?” sualının cavabda deyib ki, müəyyən qüvvələr Azərbaycanda da daxili vəziyyəti kəskinləşdirməyə, respublikada ictimai-siyasi sabitliyi pozmağa vaxtaşırı cəhdlər göstəriblər və göstərirlər.

Müəyyən qüvvələr Azərbaycanda da daxili vəziyyəti kəskinləşdirməyə, respublikada ictimai-siyasi sabitliyi pozmağa vaxtaşırı cəhdlər göstəriblər və göstərirlər.

“Dini amil vasitəsilə də cəmiyyətdə sabitliyi pozmaq cəhdləri müşahidə olunur. Lakin Azərbaycan xalqının tolerantlıq ənənələrinə, multikulturalizm ideyasına sadiqliyi və hökumətin bu istiqamətdə məqsədyönlü siyasəti Azərbaycanda dini radikalizmin yayılması yolunda həqiqətən maneədir. Azərbaycan xalqı və respublika rəhbərliyi seçdiyimiz dünyəvi dövlət modelinin yerini dini dövlət modelinin tutmasına heç vaxt imkan verməyəcək və bu siyasət gələcəkdə də davam etdiriləcək”, o qeyd edib.

Həsənov regional münaqişələri region üçün ciddi təhlükə mənbəyi hesab edir.

Həll edilməmiş ərazi münaqişələr - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya, Rusiya-Ukrayna münaqişələri və digərləri sabitliyin pozulmasına şərait yaradır və onlar regional təhlükəsizlik üçün bilavasitə təhdid mənbəyidir.

“Həll edilməmiş ərazi münaqişələr - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya, Rusiya-Ukrayna münaqişələri və digərləri sabitliyin pozulmasına şərait yaradır və onlar regional təhlükəsizlik üçün bilavasitə təhdid mənbəyidir. Separatçılar tərəfindən ələ keçirilmiş, hazırda nəzarətsiz qalan ərazilər, o cümlədən Dağlıq Qarabağda və onun ətrafında “boz zonalar” deyilən ərazilər beynəlxalq terrorizmin, narkobiznesin, qanunsuz silah alverinin və başqa əməllərin geniş yayılması üçün ideal yerdir”.

Şöbə müdiri İsrail prezidenti Reuven Rivlinin bu yaxınlarda, Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü çərçivəsində BMT Baş Məclisinin tribunasından çıxışını xüsusi qeyd edib.

“Cənab prezident həmin çıxışında XX əsrin digər faciəli hadisələri ilə yanaşı, Xocalı soyqırımını da qeyd etdi. Buna görə ona minnətdarıq”, o qeyd edib.

XS
SM
MD
LG