Accessibility links

Vəkillər Əli İnsanovla görüşə buraxılmır


Azerbaijan -- Baku. Ali Insanov, January 17, 2014.

Azerbaijan -- Baku. Ali Insanov, January 17, 2014.

Yanvarın 22-də vəkillər Toğrul Babayev və Şahverdi Ağaveyis 13 saylı cəzaçəkmə müəssisəsində saxlanan sabiq səhiyyə naziri Əli İnsanovla göürşməyə imkan verilməyib.

Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, bu gün vəkilləri Əli İnsanovla görüşmək üçün cəzaçəkmə müəssisəində olublar.

“Penitensiar Xidmətin görüşə nəzarət edən hərbi qulluqçuları biz vəkillərə bildirdi ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən əmr gəlib ki, vəkillər hər ay Penitensiatr Xidmətə rəsmi müraciət edib görüş üçün icazə almalıdır. Vəkillər yalnız rəsmi icazə aldıqdan sonra görüşə buraxıla bilər”.

Vəkillər Toğril Babayev və Ağaveyis Şahverdi Penitensiar Xidmətin əmrini qanunsuz sayır.

“Penitensiar xidmətin əmri qanunvericiliyin tələblərinə ziddir və bu vəzifəli şəxsin səlahiyyətlərini aşmasıdır. Bu həm də müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”, T.Babayev qeyd edib.

Vəkillər Penitensiar Xidmətə qarşı məhkəmə iddiası qaldıracaqlarını bildirib.

Ə.İnsanov 2005-ci ilin oktyabrında parlamnet seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs olunub. Sonradan istintaq orqanları bu ittihamdan vaz keçib. 2007-ci ilin aprelində İnsanov rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlər törətmək ittihaml ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş nazir hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Haqları Məhkəməsi Ə.İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə çəkişməsi) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozuldğunu tanıyıb. Buna baxmayaraq Azərbaycan məhkəməsi sabiq naziri həbsdən azad etməyib.

Penitensiar Xidmət vəkillərin dediklərinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG