Accessibility links

Əli Kərimli: Elliklə müqavimət haqqında fikirləşmək lazımdır [Video]


Əli Kərimli: Elliklıə müqavimət haqqında fikirləşmək lazımdır
please wait

No media source currently available

0:00 0:05:51 0:00

Əli Kərimli : Elliklə müqavimət haqqında fikirləşmək lazımdır

AXCP sədri konstitusiyaya yeni düzəlişlər təşəbbüsünü qəbul etmir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində konstitusiyaya təklif edilən dəyişikliklərin qəbuledilməz olduğunu, mütləq monarxiyaya yol açacağını bildirib.

Amerikanın Səsi: Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi hansı zərurətdən irəli gəlir?

İlham Əliyev heç kimlə məsləhətləşmədən hakimiyyəti özünün uyğun bildiyi adama ötürmək mexanizmi yaratmaq istəyir.

Əli Kərimli: Əslində konstitusiya dəyişikliklərinə heç bir zərurət yox idi. İctimai mənada, hüquqi mənada cəmiyyətin tələbləri baxımından heç bir zərurətdən söhbət gedə bilməzdi. Sadəcə, bu ehtiyacı İlham Əliyev duyub. Nəyə görə duyub? Öz şəxsi hakimiyyətini bir az da artırmaq, mütləqləşdirmək, - onsuz da dövlət başçısının Azərbaycanda super prezidentlik səlahiyyəti var. İndi o səlahiyyətləri bir az da artırmaq və istədiyi vaxt heç kimlə məsləhətləşmədən hakimiyyəti özünün uyğun bildiyi adama ötürmək mexanizmi yaratmaq istəyir. Əslində, bu ehtiyacı İlham Əliyev bu məqsədlə hiss edib. Digər tərəfdən baxmayaraq Milli Məclis həddindən artıq sözə baxandır, faktiki Gülər Əhmədova demişkən ölkədə bir nəfər seçici var və parlament o bir nəfər tərəfindən seçilib-formalaşıb. Amma, yenə də İlham Əliyev narahatdır. Ona elə gəlir ki, hansısa bir situasiyada Milli Məclisdə olan oliqarxlar, o situasiyanın təsiri altında parlamenti onun nəzarətindən çıxara bilərlər. Ona görə parlamenti buraxmaq səlahiyyətini də öz əlinə almaq istəyir. Nəhayət, İlham Əliyev ətrafındakı oliqarxların iqtisadi baxımdan da çox şişdiyini bilir. İndi hazırda onsuz da lazım olan adamların qeyri-qanuni vasitələrlə əmlakı əlindən alınır. İndi həm də bu əmlakın alınması üçün konstitusion baza da yaradırlar. Xüsusi mülkiyyətin toxunulan olması ilə bağlı müddəaları da konstitusiyaya daxil etmək istəyir. Məhz bu səbəblərdən İlham Əliyev bu düzəlişlərə ehtiyac duyub.

Amerikanın Səsi: Fikrinizcə, konstitusiyaya dəyişikliklər ölkənin siyasi, sosial, idarəetmə və insan hüquqları sferasına hansı yeniliklər gətirəcək?

Bu klassik avtoritarizmin, qeyri-məhdud hakimiyyətin Azərbaycanda formalaşması deməkdir.

Əli Kərimli: Ancaq, neqativ yeniliklər gətirəcək. İnsan hüquqlarının pozulmasının qanuni əsasları formalaşacaq. Konstitusiya artıq buna əsas yaradacaq. Konstitusiya artıq insanları çağırır ki, hüquqlarından sui-istifadə etməsinlər, bunun qarşısı alınmalıdır. Yerdə qalanları artıq müvafiq qanunlara dəyişiklik etməklə hüquq-mühafizə orqanları həyata keçirib, onsuz da məhdud olan insan haqlarını bir az da məhdudlaşdıracaqlar. Onsuz da məhdud olan mülkiyyət hüququ bir az da məhdudlaşacaq. Onsuz da mövcud olan avtoritarizm bir az da sərtləşəcək. Hakimiyyətin bir əldə cəmləşməsi öz kulminasiyasına çatmış olacaq. Bu klassik avtoritarizmin, qeyri-məhdud hakimiyyətin Azərbaycanda formalaşması deməkdir.

Amerikanın Səsi: Təklif edilən dəyişikliklər həm də məsuliyyətin bir institutun üzərində cəmləşməsi üçün əsaslar yaradır? Bunun nəzarət mexanizmi necə olmalıdır?

Ölkədə hər şeyə görə yalnız İlham Əliyev məsul olur.

Əli Kərimli: Bu dəyişikliklər qəbul olunacağı təqdirdə, doğrudan da bütün səlahiyyətlər həm də hüquqi baxımdan (indiyədək də bütün səlahiyyətlər bir əldə cəmləşib, amma formal hüquqi baxımdan belə deyil) bir əldə cəmləşir. Ölkədə hər şeyə görə yalnız İlham Əliyev məsul olur. Açığı hazırki sistem üzrə onu balanslaşdırmaq və ona nəzarət etmək çətindir. Ona görə də ilk növbədə bu dəyişikliklərin qarşısını almağa çalışmaq lazımdır. Bu dəyişikliklər baş tutmasın və ölkədə köklü dəyişikliklər olsun ki, bu neqativ təsirlər aradan qalxsın.

Amerikanın Səsi: Vitse-prezidentlik institutunun yaradılması Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ola bilərmi?

Əslində burada söhbət daha çox hakimiyyətin ötürülmə mexanizmindən gedir.

Əli Kərimli: Xeyr. Bunu güman etmirəm. Çünki vitse-prezidentlik yalnız prezidentin öz mülahizəsinə görə müəyyənləşəcək. Hansısa muxtariyyətə verilən bir hüquq deyil. Sadəcə, prezidentin imkanı olacaq ki, istədiyi adamı Milli Məclisdən, Nazirlər Kabinetindən yan keçməklə birinci vitse-prezident, o cümlədən vitse-prezidenti kimi müəyyənləşdirsin. Əslində burada söhbət daha çox hakimiyyətin ötürülmə mexanizmindən gedir.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Bu dəyişikliklərdən sonra siyasi baxımdan tiranlığın yüksək həddinə çatacaq

Əli Kərimli: İlk növbədə vəziyyəti düzgün analiz etmək lazımdır. Hamılıqla, ümumilli bir diskussiya açılmalıdır. Artlıq o yer deyil ki, mən siyasətə qarışmıram deyib yaxanı kənara çəkəsən. Artıq görünür ki, bu, siyasətə qarışmamaq ölkəni sosial-iqtisadi böhranın dibinə gətirib-çıxarıb. Ölkə iqtisadi baxımdan iflas həddindədir. Bu dəyişikliklərdən sonra siyasi baxımdan tiranlığın yüksək həddinə çatacaq. Ona görə də bütün xalq, hamılıqla qəbul etməlidir ki, baş verənlərin hamımıza dəxli var. Ola bilsin ki, sadə bir insanı kimin prezident, kimin vitse-prezident olması maraqlandırmır. Amma, bu ölkədə əgər heç kimin hüququ olmayacaqsa həmin insanın da hüququ olmayacaq. Əgər ölkədə çox asanlıqla prezident parlamenti istədiyi vaxt buraxa biləcəksə, istənilən adamın xüsusi mülkiyyəti əlindən alına biləcəksə və ölkədə mütləq hakimiyyət formalaşacaqsa, bunun ziyan görəni hamı olacaq. Ona görə də birinci bir ictimai diskussiya olmaılıdır. Hamılıqla bir qənaət formalaşmalıdır, bu bizim ümummilli maraqlarımıza ziddir. Respublika, cümhuriyyət prinsiplərindən tam geri çəkilməkdir. Sülalə, monarxiya hakimiyyətini qurmaq yoludur. Elliklə müqavimət haqqında fikirləşmək lazımdır. Mən ilk gündən yazımda bildirirdim ki, biz bu təşəbbüslə bağlı mütləq müəyyən etiraz aksiyaları keçirəcəyik. Biz bütün demokratik, hüquqi, konstitusion vasitələrlə düzəlişərin qəbul olunmamasına çalışacağıq. Amma, bunun taleyini ilk növbədə xalqın bu prosesə nə dərəcədə qoşulması müəyyənləşdirəcək. Mən çox istəyirəm ki, Azərbaycan xalqı bu prosesdə seyrçi mövqe tutmasın. Hamı nəzərə alsın ki, baş verənlər hamımızın taleyidir.

Müəlliflərdən: Azərbaycan iqtidarı ölkədə hakimiyyətin xalqın iradəsi ilə azad seçkilər nəticəsində formalaşdırğını bildirir. Bununla yanaşı, ölkədə keçirilən bütün seçkilər çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Demokrtaik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən tənqidlərə məruz qoyulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG